Saçların rəngini təbii vasitələrlə dəyişdirin

15 Nisan 2015
2 861
0
Saçların rəngini təbii vasitələrlə dəyişdirin

Saçların rəngini təbii vasitələrlə dəyişdirin


Saçların rəngini təbii vasitələrlə dəyişdirin
Saçların rəngini rəngləməklə və rəngsizləşdirmək yolu ilə dəyişmək olar.Saçları yalnız gözəllik salonlarında rəngləmək tövsiyə olunur.Yadda saxlamaq lazımdır ki,nazik saçlar qalın saçlardan pis rənglənir, çünki nazik saçlar tez qırılır.[/u]

* Ev şəraitində saçları yüngülcə rəngləmək,ya da daha parlaq çalar vermək istədikdə başı adi çobanyastığı, ya da mollabaşı dəmləməsi ilə yaxalamaq lazımdır. Bunun üçün 2 ovuc quru çobanyastığının üstünə yarım stəkan su töküb qaynadır və 20 dəqiqə qapağını açmadan saxlayırlar.

* Saçlara sarışın rəng vermək üçün onlara hər gün (istədiyin rəng alınana qədər) soğan qabığının dəmləməsini (1 ovuc soğan qabığını 1 qab suda 10-20 dəqiqə qaynadır,soyudub içinə 1 xörək qaşığı qliserin əlavə edirlər) sürtmək lazımdır.

*
Saçları xüsusi şampunla açıq rəngə salmaq olar. Bu məqsədlə ən çox hidrogen-peroksiddən istifadə olunur.Lakin yadda saxlamaq lazımdır ki,ağardıcı vasitələrdən saçlar get-gedə korlanır.

* Açıq rəngli saçlara daha təbii rəng vermək üçün onları cəfəri kökünün suyunda yaxalayırlar. Bunun üçün 2 böyük cəfəri kökü 1 l suda 20 dəqiqə qaynadılır.

Saçlar rəngləndikdən ,açıq rəngə salındıqdan,ya da altıaylıq burmadan sonra quru olmuşsa,onlara quru saçlar kimi qulluq eləmək lazımdır.Bunun üçün aşağıdakı tədbirlər tövsiyə edilir:

*
Saçlar yağlı sabunla yuyulduqdan,yaxalandıqdan və qurudulduqdan sonra başa qidalandırıcı maska qoyulur.2 yumurta sarısı götürülür,10 damcı qliserin,10 damcı limon şirəsi,3 xörək qaşığı isti qaynadılmış suda,ya da dərman dəmləməsində həll edilib yumurta sarısına qatılır və qarışdırılıb başa yaxılır.Sonra başı dəsmalla bağlayıb bir müddət saxlayırlar. 20 dəqiqədən sonra əvvəlcə ilıq su ilə,sonra isə aşağıdakı məhlulla yaxalayırlar: 1 l suda 1 xörək qaşığı meşə ərikgülü kökü qaynadılır,buna 1 xörək qaşığı bal, yarım limon şirəsi. ya da 1 xörək qaşığı üzüm sirkəsi əlavə edilir.Bu müalicəni 2 ay aparmaq olar.

Saçların ağarmasının qarşısını almaq,ya da onu müalicə etmək olarmı? Uzun müddət və çoxlu vitamin qəbul etməklə saçların ağarmasını müalicə etmək təşəbbüsü göstərilmişdir,lakin bu, heç bir nəticə verməmişdir.

Ona görə də hələ ki,saçları rəngləmək,onlara açıq rəng vermək və ya rəngsizləşdirmək kimi üsullara əl atmaq lazım gəlir. Bunun üçün bitki mənşəli vasitələrdən: rəvənd kökü,soğan qabığı və palıd qabığı məsləhət görülür.

Saçı uzun müddət və tünd rənglərlə rənglədikdə onların ağarmasını yaxşı gizlətmək mümkün olur.Lakin yadda saxlamaq lazımdır ki, ancaq tam sağlam saçları kimyəvi vasitələrlə rəngləmək olar.
Saçların rəngini təbii vasitələrlə dəyişdirin

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.