Qarabaşaq yarmasından gözəllik maskaları

09 Temmuz 2015
1 832
0
Qarabaşaq yarmasından gözəllik maskaları
Qarabaşaq yarmasından gözəllik maskaları

Qarabaşaq çox faydalıdır.Qarabaşaqdan gözəlliyimizin mühafizəsində iştifadə etmək olar.

Quru dərilər üçün


1xörək qaşığı qarabaşaq ununu 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın.Un yağı özünə təmamilə çəkdikdən sonra maskanı üzünüzə çəkib 20 dəqiqə gözləyin,üzünüzü ilıq su ilə yuyun.

Həssas dərilər üçün.

1 xörək qaşığı qarabaşaq unu,1 çay qaşığı zeytun yağı,1 xörək qaşığı təbi yağlı kefir və bir az su.Ocaqda qaynayana qədər hamısını qarışdırın.Soyuduqdan sonra üzünüzə çəkin 15 dəqiqə gözləyib üzünüzü ilıq su ilə yuyun.

Saç üçün qidalandırıcı maska.

4 xörək qaşığı ilıq süd,1 xörək qaşığı limon suyu,3xörək qaşığı qarabaşaq unu.Hamısını qarışdırın azacıq darçın da əlavə etmək olar,darçın saçların tez uzanmasına kömək edir.20 dəqiqə kənara qoyub saxlayın,sonra saçlarınıza əsasən də saç diblərinə çəkib 30 dəqiqədən sonra yuyun.

Yanmış və qırılan saçlar üçün.

3 xörək qaşığı qarabaşaq unu,yarım stəkan ilıq süd və 1 yumurtanı qarışdırıb saçlarınıza çəkin 30 dəqiqə gözləyin və ilıq su ilə yuyun.Bu maska yanmış və qırılan saçlar üçün çox faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.