Yağlı dəri üçün maskalar

05 Ağustos 2015
1 775
0
Yağlı dəri üçün maskalar
Yağlı dəri üçün maskalar

Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.

Tərəfimizdən aşağıda təklif olunan maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər.

- Bir yumurta ağını yaxşı-yaxşı çaldıqdan sonra onun üzərinə qurudulmuş 1 limon qabığının üyüdülmüş tozunu, 1 çay qaşığı limon şirəsini və üyüdülmüş 1 xörək qaşığı yulaf yarması (“herkules”) əlavə edin. Alınan qarışığı sıyıq şəklini alana qədər qaynadılmış su ilə durulaşdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.

- 1 xörək qaşığı mayanın üzərinə 2-3 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi və 1 neçə damcı 3%-li hidrogen peroksid məhlulu (apteklərdə satılır) əlavə edərək qarışdırın. Alınan maskanı köpüklü şəkildə üzün dərisinə çəkib 15 dəqiqə saxlayın.

- 1 xörək qaşığı xırda doğranmış cəfəri göyərtisini 1 çay qaşığı limon şirəsi və 2 xörək qaşığı kefir ilə qarışdırın. Üzərinə bir qədər kəpək və ya nişasta əlavə edib alınan qarışığı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.

- 1 yumurta ağını köpüklənənə qədar çaldıqdan sonra onu 1 çay qaşığı limon şirəsi və 2 xörək qaşığı aloye bitkisinin şirəsi ilə qarışdırın. Alınan qarışığı üzünüzün dərisinə çəkin və 15 dəqiqə saxlayın.

- 2 xörək qaşığı həcmində olmaqla pomidorun ətli hissəsindən alınan şirəni 1 xörək qaşığı limon şirəsi, eyni miqdarda xiyar şirəsi ilə qarışdıraraq üzərinə qatı kütlə alınana qədər buğda və ya düyü unu əlavə edin. Alınan maskanı üzünüzə çəkib 15 dəqiqə saxlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.