Qarpız pəhrizi ilə ac qalmadan arıqla!

26 Ağustos 2015
3 646
1
Qarpız pəhrizi ilə ac qalmadan arıqla!
Qarpız pəhrizi ilə ac qalmadan arıqla!

Pəhriz saxlamaq istəyir, ancaq ac qalacağınızı və dadsız yeməklər yeyəcəyinizi düşünərək bu fikirdən daşınırsınız?

Deməli, sizin Feat.az-ın təqdim etdiyi qarpız pəhrizinə ehtiyacınız var. Çünki bu pəhriz sayəsində ləzzətli qidalar yeyərək qısa zamanda arıqlamaq, sağlam bədənə qovuşmaq mümkündür.
Yayın ən ideal pəhrizi üçün aşağıdakı addımları təqib edin:

1-ci gün
Səhər: ac qarnına 2 stəkan su, 1 dilim qarpız (təxminən 30 qram), 1 dilim pəhriz çörəyi.
Günorta: 1 dilim qarpız, 30 qram pendir, 1 dilim pəhriz çörəyi.
Qəlyanaltı: 1 dilim qarpız
Axşam: 200 qram sobada bişmiş toyuq döşü, sadə salat, 1 dilim pəhriz çörəyi.
Gecə: 1 dilim qarpız, 1 dilim pəhriz çörəyi.

2-ci gün
Səhər: ac qarına 2 stəkan su, 1 dilim qarpız, 1 fincan çay, 1 ədəd yumurta, 1 dilim pəhriz çörəyi.
Günorta: 1 dilim qarpız, 200 qram badımcan salatı, 200 qram yağsız qatıq, 1 dilim pəhriz çörəyi.
Qəlyanaltı: 1 dilim qarpız.
Axşam: 200 qr. sobada bişmiş biftek, sadə salat, 1 dilim pəhriz çörəyi.
Gecə: 1 dilim qarpız, 30 qr. pendir.

3-cü gün
Səhər: acqarına 2 stəkan su, 1 fincan çay, 1 dilim pəhriz çörəyi.
Günorta: 200 qr. balıq salatı, 1 dilim pəhriz çörəyi.
Qəlyanaltı: 1 dilim qarpız
Axşam: 200 qr. yağsız qatıq, suda bişmiş yunan qabağı, sadə salat
Gecə: 1 dilim qarpız, 30 qr. pendir.

4-cü gün
Səhər: ac qarına 2 stəkan su, 1 dilim qarpız, 1 dilim pəhriz çörəyi.
Günorta: zeytun yağında göbələk sotesi, salat, 1 dilim pəhriz çörəyi.
Qəlyanaltı: 1 dilim qarpız, 200 qr. yağsız qatıq.
Axşam: 200 qr. yağsız ətdən hazırlanmış kotlet, salat.
Gecə: 1 dilim qarpız, 30 qr. pendir.

5-ci gün
Səhər: acqarına 2 stəkan su, 1 dilim qarpız, 30 qr. pendir
Günorta: sobada bişirilmiş yunan qabağı küküsü, 1 dilim pəhriz çörəyi, salat
Qəlyanaltı: 1 dilim qarpız
Axşam: 200 qr. ət və müxtəlif tərəvəzlərlə hazırlanmış soba yeməyi, salat
Gecə: 1 dilim pəhriz çörəyi, 1 dilim qarpız.

6-cı gün
Səhər: acqarına 2 stəkan su, 1 dilim qarpız, 2 yumurtanın ağı, bir yumurtanın sarısı və 30qr. pendirdən hazırlanmış omlet, 1 dilim pəhriz çörəyi, xiyar, pomidor.
Günorta: 200 qr. yağsız qatıq, suda bişirilmiş tərəvəzlər.
Qəlyanaltı: 1 dilim qarpız, 1 dilim pəhriz çörəyi, 30 qr. pendir
Axşam: 200 qr. yağsız qatıq, suda bişmiş tərəvəzlər, salat
Gecə: 1 dilim qarpız, 30 qr. pendir, 1 dilim pəhriz çörəyi.
7-ci gün
Səhər: acqarına 2 stəkan su, 1 dilim qarpız, 1 dilim pəhriz çörəyi.
Günorta: 200 qr. yağsız qatıq, suda bişmiş müxtəlif tərəvəzlər, 1 dilim qarpız.
Qəlyanaltı: 1 dilim qarpız, 1 dilim pəhriz çörəyi.
Axşam: 200 qr. buğda bişmiş yağsız balıq, salat, 1 dilim pəhriz çörəyi.
Gecə: 1 dilim qarpız
Saat 20:00-dan sonra heç nə yüməyin. Acsanız, su için. Pəhrizi 15 gün saxladıqdan sonra ən az bir həftə ara verməlisiniz. Daha sonra yenidən başlaya bilərsiniz.


Uğurlar!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkurler melumat ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.