Qızlar üçün 10 vacib hiylə

30 Eylül 2015
2 505
2
Qızlar üçün 10 vacib hiylə
Qızlar üçün 10 vacib hiylə

Bu sadə, lakin çox faydalı məsləhətlər hər bir qızın həyatında mütləq lazım olacaq. Diqqət edin!

1. Quru şampunu
Bəzi firmalar saçlardakı yağı özünə çəkən, paraşok halında quru şampun istehsal edir ki, bu da saçın canlı, təmiz görünməsini təmin edir. Adi soda ilə bunu əvəz etmək olar. Tələsirsiniz, saç yumağa vaxt yoxdursa, saç köklərinə bir çimdik yemək sodası səpin. Saçları ehtiyatla əksinə darayın. Soda əvəzinə bəzən un istifadə edirlər. Amma bunu açıq rəngli saçlara etmək lazımdır ki, bilinməsin.

2. Gözlərin makiyajını tez düzəldək
Tuj, ten, qələm səliqəsiz alınıbsa, yaxud yayılıbsa, ucu pambıqlı çubuğu makiyaj təmizləyənə batırın və yayılanları silin.

3. Ayaqdakı döyənəkləri yumuşaltmaq
Yatmadan öncə ayaqdakı döyənəklərə qalın vazilen çəkilir. Səhər durduqda döyənəyin yumuşaldığını görəcəksiniz. Artıq qoparda və ya sürtə bilərsiniz.

4. Ətirli saçlar
İstənilən ətiri darağa səpin və saçları diblərindən ucuna kimi darayın. Saçlarınız gün boyu ətir qoxacaq. Saçlar qoxunu gözəl saxlayırlar.

5. Süni qaralma
Bəzən süni qaralma ağardıqda qeyri-bərabər açılır, ləkə qalır. Lif və ya süngərin üzərinə yemək sodası tökülür, yüngülcə tünd yerlərə sürtülür.

6. Saç lakı
Fenlənmiş saçaların dağılmaması üçün lakı darağa sıxıb tez saçların kökündən ucuna kimi çəkin. Saçlar parlaq və səliqəli olacaq.

7. Lasyоn bədən üçün
İstifadə etdikcə dəriniz quruyursa, qabıq qoyursa, losyona uşaq kremi qatın. O dərinizi nəmləndirəcək və yumuşaldacaq.

8. Quru qabarların meydana gəlməsinin qarşısını almaq Ərik yağını (apteklərdə satılır) təzə qabarların sərtləşməsinin qarşısını almaq üçün problemli sahəyə damcıladın. Gözləyin ki, yağ hopsun.

9. Göz üçün layner
Layner yayılırsa, dağılırsa, 15 dəqiqəlik dondurucuya qoyun. Bu zaman layner nazik və səliqəli çəkiləcək.

10. Sızanaqlardan xilas olun
Yeni çıxmış sızanağın üzərinə diş məcunu çəkin, 15 dəqiqə saxlayın, yuyun. Məcun sızanağı qurudur və yağı özünə çəkir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 11:20
    Birincidən başqa hamısını bilirdim.Amma Ayyy qızlar saçlarınıza ətir vurmayın ətir saçların tez ağarmasına səbəb olur.Ən yaxşısı saçlarınıza qızılgül yağı çəkin bu saçlarınızı həm qidalandıracaq həmdə gözəl ətirli edəcək.Xəbər üçün təşəkkürlər.
  2. ilawka
    maraqlidi chox saqolunnn twk
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.