Dırnaq boyaları kökəldir!

12 Kasım 2015
2 609
1
Dırnaq boyaları kökəldir!
Dırnaq boyaları kökəldir!

Qadınların gözəllik məqsədilə istifadə etdiyi kosmetik məhsul - dırnaq boyaları köklüyə səbəb olur.

ABŞ-da Duke Universitetinin professorları və Ekologiya Nazirliyinin əməkdaşları dırnaq boyaları üzərində yeni bir araşdırma aradıblar. Feat.az xəbər verir ki, araşdırmada təxminən 3 min dırnaq boyası təhlil edilib. Onların yarısından çoxunda trifenil fosfat (TPHP) maddəsinə rast gəlinib.

Alimlər bildiriblər ki, bu maddə hormonal sistemin tarazlığını pozub metabolizmə mənfi təsir göstərdiyi üçün kökəlməyə gətirib çıxarır.


Mütəxəssislər bu boyaların davamlılığı və elastikliyini artırmaq üçün istifadə edilən TPHP maddəsinin orqanizm tərəfindən əmildiyini bildirərək xanımlara xəbərdarlıq ediblər. Bəzi təşkilatlar da kosmetika şirkətlərini TPHP maddəsindən istifadə etməməyə çağıran imza kampaniyası başlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Məndə deyirem mən niyə bu qədər arıqam heç deme dırnaq boyasından istafade etmirem deyeymiş:D
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.