Menstruasiya ağrılarını azaldan 7 təbii vasitə
1. Nanə
Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.
1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.
2. Zəncəfil
Zəncəfilin də spazmolitik və həmçinin ağrısızlaşdıran və iltihab əleyhinə xüsusiyyətləri var.
3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənir. Bu dəmləməni 1/2 stəkan olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə edə bilərsiniz.
3. Çobanyastığı
Çobanyastığı «qadın otu» sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.
1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.
4. Biyan kökü
1 xörək qaşığı biyan kökünü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
5. Darçın
1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.
6. Mixək
3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.
7. Qatırquyruğu
1 x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.
Sadaladığımız bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3 bitkini qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya çobanyastığı + qatırquyruğu və s.).