Hər qadında olması gərəkən büstqalterlər

05 Ocak 2017
3 343
0
Hər qadında olması gərəkən büstqalterlər
Hər qadın üçün doğru büstqalter seçimi önəmlidir.

Qadınlar alt paltarı seçimində çox vaxt seksuallıq detalına önəm versələr də, bəzən bu, o qədər də əsas olmur. Çünki qadınlar bəzən dərin dekolteyə, bəzən sadə bir köynəyə, bəzən də straplez geyimlərə üstünlük verirlər. Hər geyim üçün isə büstqalter seçimi fərqli olmalıdır. Qüsursuz görünmək istəyən xanımlar isə geyimlərinə uyğun büstqalter seçimi ilə gözəl görünüşlərini qoruyur.

Feat.Az qüsursuz görünüş üçün büstqalterin 8 modelini təqdim edir. Bunlar hər qadının qarderobunda olmalıdır.

Straplez büstqalter - Xüsusilə yay aylarında xilaskar sayılan bu büstqalter mütləq hər qadında olmalıdır. İpsiz və açıq çiyinli geyimlərinizdə seçiminiz olacaq tək model mütləq straplez olmalıdır!

Dolğulu büstqalter - Kiçik döşlərə sahib qadınlar üçün əvəzedilməz büstqalter modelidir. Döşləri böyük göstərən bu modeli rahatlıqla seçə bilərsiniz.

Push up büstqalter - Olduğundan daha böyük görünən döşlər üçün push up büstqalterlərə üstünlük verilir. Həm də bu model döşləri yuxarı doğru qaldırır.

İdman büstqalteri - Hər qadının qarderobunda mütləq yer almalı olan büstqalter modelidir. Rahat olması ilə yanaşı idman zamanı döşləri sıx saxlayır.

Toparlayıcı büstqalter - Bu büstqalter modeli daha çox iri sinəli qadınlar tərəfindən istifadə edilməlidir. Bu modellə döşlərinizin daha kiçik görünməsinə nail ola və istədiyiniz geyimi geyinə bilərsiniz.

Köynək büstqalteri - Adi bir gündə rahatlıq istəyən xanımların seçimidir. Bu büstqalterin izləri köynəkdən bəlli olmur və bədənə kip oturaraq döşlərin daha sıx görünməsini təmin edir.

Silikon büstqalter- Bu büstqalter modeli içərisində olan yapışqan sayəsində döşlərə yapışır və yüngülcə yuxarıya qaldırır. Beli açıq geyim geyinərkən bu büstqalter modelini seçə bilərsiniz.

Südvermək üçün büstqalter - Hər ananın qarderobunda mütləq olmalıdır. Körpəyə süd verərkən hər dəfə büstqalteri çıxarıb əziyyət çəkməkdənsə bununla rahat əzmizdirmək imkanınız olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.