Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

02 Mart 2017
3 314
0
Bu maska dəriyə botoks effekti verir - FOTOLAR
Təbii və ev şəraitində hazırlanan maskalarla dərinin qocalma prosesini gecikdirmək mümkündür.

Feat.Az
xəbər verir ki, xüsusi ilə kəsmik və kakako maskaları dəriyə cavanlaşdırıcı təsir göstərir.

Kakao tozu ilə maska

Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

15 qram keyfiyyətli kakao-tozunu isti südlə qarışdırın. Bu maskanı təmiz üzə çəkib 20 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Bu təbii maska dəriyə parlaqlıq və təravət qazandırır. Dəridə yaranmış çox xırda qırışları aradan qaldırır və elastikliyi bərpa edir.

C vitamini ilə maska

Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

Sıyığa bananın yarısını və bir ampula C vitamini qatın. Maskanın qatı olmaması üçün içinə çox azca qaymaq da əlavə etmək olar. Qidalandırıcı maskanı 20 dəqiqə ərzində üzdə saxlayıb ilıq su ilə yuyun. Belə maska dərinin dərin qatlarındakı hüceyrələrin yenilənməsi prosesini gücləndirir. Dərini inanılmaz dərcədə cavanlaşdırır və nəmləndirici effekt verir.

Kəsmikli maska


Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

2 xörək qaşığı xama, 1 xörək qaşığı yağlı kəsmik və bir çimdik duz. İnqrediyentləri yaxşıca qarışdırıb, üzünüzə çəkin və 20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun.

Bu, yaşlanma əleyhinə ən effektli maskadır. Kəsmikdəki kalsium və maqnezium çox qiymətli maddələrdir. Onlar kollagenin hazırlanması prosesini stimullaşdırır və qırışların yaranmasını gecikdirir.

Arı mumu ilə maska


Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

1 xörək qaşığı arı mumunu əridib üzərinə 1 çay qaşığı bal ilə 2 xörək qaşığı soğan suyu tökün. Qarışığı üzünüzə çəkib 10 dəqiqə gözləyin və sonra nəm salfet ilə maskanı silin.

Bu maska göz ətrafındakı dəri hüceyrələrinin fəallığını stimullaşdırır. Xüsusi ilə göz ətrafında “qaz ayağı” deyilən qırışların yaranmasına mane olur. Yei gəlmişkən, göz ətrafı dəriyə buz qəlibləri də yaxşı təsir göstərir.

Əbədi cavan dəri üçün cövhər

Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

1 çay qaşığı palıd qabığını, 1 çay qaşığı cökə yarpağını və 1 çay qaşığı şüyüdü 2 stəkan qaynar suya əlavə edin. Sonra şirəni süzüb ona bir çimdik limon turşusu əlavə edin. Hər axşam üzünüzü bu vasitə ilə silin.

Bu sehrli cövhər canlandırıcı xüsusiyyətləri sayəsində solğun dəriyə parlaqlıq bəxş edir, qırışların vaxtından əvvəl yaranmasının qarşısını alır.

Dəri rənginin açılması üçün masaj


Bu maska dəriyə botoks effekti verir - FOTOLAR

Dərinin parıldamasını istəyirsinzisə, masaj haqqında unutmayın! Gün ərzində bir neçə dəqiqə üzü masaj etmək, həmçinin mimik əzələləri hərəkət etdirmək çox faydalıdır. Bu, qan dövranını yaxşılaşdırır və qırışların qarşısını alır.

Odur ki, hər axşam yatmazdan əvvəl üzünüzü yüngül masaj edin. Sevdiyiniz nəmləndirici krem və ya zərdab bu proseduru əla tamamlayacaq, dəri rəngini bərabərləşdirəcək.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.