Dəri hüceyrələrini yeniləyən maska

25 Ekim 2020
704
0
Dəri hüceyrələrini yeniləyən maska
30 yaşdan sonra dəri hüceyrələrinin yenilənməsi prosesi ləng gedir. Bu isə dərinin qırışması, dəri elastikliyinin azalması ilə nəticələnir. Ona görə də bu yaş dövründən sonra hüceyrələri yeniləyən maskalardan istifadə etmək lazımdır.

Hüceyrələri yeniləyən pomidor maskası:

Tərkibi:
Yarım pomidor
1 çay qaşığı badam yağı
1 xörək qaşığı az yağlı qatıq

Hazırlanması və tətbiqi:
Pomidorun qabıqlarını soyub doğrayın. Üzərinə badam yağı ilə qatığı əlavə edib, yaxşıca qarışdırın. Üzünüzə skrabla yuyub təmizləyin. Quruladıqdan sonra maskanı çəkib dairəvi hərəkətlərlə masaj edin. 20 dəqiqə gözləyib ilıq su ilə təmizləyin. Maskanı həftədə bir dəfə çəkməlisiniz.

Avokado maskası:

(Bu maska quru dəri tipinə sahib olanlar üçün uyğundur)

Tərkibi:
1 çay qaşığı avokado
1 çay qaşığı küncüt yağı
1 çay qaşığı ərik yağı
1 çay qaşığı bal

Hazırlanması və tətbiqi:

Məhsulların hamısını qarışdırıb fırçanın köməkliyi ilə təmiz dəriyə çəkin. 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə təmizləyin. Maskadan həftədə iki dəfə istifadə etmək məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.