Qadınlarda seksual pozulmalar
Polietioloji və polisindromik əlamətlər bir sıra seksual pozulmaların xarakterik xüsusiyyətləridir, lakin zədələnmə dərəcəsi konkret halların hər birində eyni deyildir. İndiyə qədər qadınlarda seksual pozulmaların ümumi qəbul olunmuş təsnifatı mövcud deyildir. Onların etioloji prinsiplərinə görə təsnif vermək çətinliklər törədir. Belə ki, cinsi soyuqluq və ya homoseksualizm kimi hallar müxtəlif etiologiyalı olur. Seksual pozulmaların ənənəvi "formaları" müxtəlif xəstəliklərin sindromlarıdır.
Eyni tipli kliniki təsvirlərə baxmayaraq, qadınlarda seksual pozulmaların çoxsaylı müxtəlif formaları müşahidə olunur.
Qadınlarda klinik prinsiplər əsasında qurulan və cinsi pozulmaların tarixən qəbul olunmuş formalarını alan aşağıdakı patoloji qruplaşmalar mövcuddur.
1. Albidemiya
2. Anorqazmiya
3. Hiperseksuallıq
4. Seksual orientasianın pozulması (autoeqotizm, homoseksualizm, pedofiliya, zoofiliya və s.)
5. Cinsi marağın realizasiyası şərtlərinin pozulması ( fetişizm, sadizm, eksgibisionizm).