Gözəl olmaq üçün 6 sadə qayda...

08 Aralık 2014
1 680
0
  Gözəl olmaq üçün 6 sadə qayda...
  Gözəl olmaq üçün 6 sadə qayda...

Saç baxımınıza diqqət göstərin.

Qadın dediyin saçına-başına diqqət göstərər və daim baxımını edər. Saçlarınızın çox quru və mat olmasından şikayətlənir, canlı və parlaq olmasını istəyirsinizsə sizin üçün hazırladığımız təkliflərə qulaq verin.

Quru və mat saçlar üçün bananlı maska;

Bir ədəd ortaboy bananı çəngəllə əzin.

İçinə 1 xörək qaşığı badam yağı əlavə edib yaxşıca qarışdırdıqdan sonra saç diblərinizdən başlayaraq saçın hər yerinə gözəlcə yedirin. 20 -25 dəqiqə gözləyib ilıq suyla yaxalayın.

Sirkəli maska;

1 ədəd yumurta, 1 xörək qaşığı alma və ya üzüm sirkəsini 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın.

Saç diblərindən başlayaraq saçınıza masaj edərək yedirin.

20 dəqiqə bu şəkildə gözləyib ilıq suyla yaxalayın.


Xiyarla canlan.

Xiyarın içində olan A, B və C vitaminləri ilə fosfor, kalium, dəmir, maqnezium və selenium dəri probleminə yaxşı gəlir. Dərinin quruluğuna qarşı xiyar qabığı və ya dilimləri işinizə yarayacaq. Dəriniz üçün xiyarın içini yeyin qabıqlarını 10 dəqiqə boyunca üzünüzdə gözlədin.


Qırışların qarşısını almaq və təsirini azaltmaq üçün doğru qidalanın.


Mütəxəssislər günəşin zərərli şüalarından meydana gələn dəri qırışıqlıqlarına yeyilən qidalarla qalib gələcəyimizi vurğuladı. Xüsusilə də hər cür tərəvəz, balıq, paxlalılar, zeytun yağı və ərik, alma kimi meyvələrin, günəş şüalarının mənfi təsirinə qarşı dərini qoruduğunu ifadə edir.


Dodaq baxımı.

Çatlaq və yarılmış dodaqlara dodaq boyası sürtsəniz də fayda etməz. Baxımlı dodaq şərtdir! Buna görə dodaqlara lazım olan qayğı və nəmi verməli, əsla çatlaq halda yaralı halda buraxmamalısınız.

Dodaqlarınıza təbii baxım etmək istəyirsinizsə bal ilə müalicə edə bilərsiniz. Balı dodaqlarınıza pomada kimi sürtün və yalamadan uzun bir müddət gözlədin. Həm təbii, həm də olduqca işə yarayır.


Dəri quruluğuna gül yağı.


Bəzi dərilər həddindən artıq yağlıykən, bəziləri də əksinə həddindən artıq quru ola bilir. Xüsusilə quru və soyuq aylarda dəri kifayət qədər qidalanmazsa, çatlara səbəb olar. Buna görə qurumuş qabıq qoyan dərinizi gülün möcüzəsindən faydalanaraq qarşısını ala bilərsiniz.

3 damcı gül yağı və üç damcı zeytun yağını qarışdırıb dərinizə tətbiq edin.


Yaxşı bir yuxu.

Beynin istirahət etməsi qədər dərinin də istirahət etməyə ehtiyacı var. Hərəkət etmədən sabit qalınan tək vaxt yuxu vaxtıdır. Dərinizin sağlamlığı və gözəlliyi üçün keyfiyyətli bir yuxunu əsla 2-ci plana atmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.