Çatlaqların dərmanı heyva tumu

14 Kasım 2015
2 354
1
Çatlaqların dərmanı heyva tumu
Çatlaqların dərmanı heyva tumu

Çatlaqların dərmanı heyva tumu

Çatlaqların dərmanı heyva tumu

Dəridə yaranan çatlaqların aradan qaldırılmasında və dəri üzərindəki ləkələrin görünüşünün azalmasında heyva tumu olduqca təsirlidir. Yəni dərinin başlıca təmirçisi heyva tumudur.

Lazımlı:

Bir ədəd heyva
Su
Hindqozu suyu
Hazırlanması
Heyvanı ikiyə ayırın və tumlarını çıxarın. Ayırdığınız tumları bir stəkanın içinə qoyun və üzərinə su əlavə edin. Su stəkanın yarısına qədər olmalıdır. Qarışığı axşam hazırlayın və səhərə qədər gözlədin. Səhər qarışığı süzərək tumlarını ayırın və içinə 3 damla Hindqozu suyu əlavə edin.

İstifadəsi:

Hazırlanan qarışığın təsirli ola bilməsi üçün 1 ay boyu hər gün istifadə edilməsi lazımdır. Bu səbəblə qarışıq bitdikcə təkrar hazırlamalısınız.
Qarışığı əlinizin köməyi ilə masaj edərək çatlaqların üzərinə sürtün. 1 həftə sonra çatlaqlarınızın azaldığını fərq edəcəksiniz.
Xəbərdarlıq! Əsla hamiləlik əsnasında istifadə etməyin. Hamiləlik sonrası yaranan çatlaqlarınız üçün isə 1 həftə boyunca hər gün tətbiq edin.

Çatlaqların dərmanı heyva tumu

Balqabaq maskası;

Yüksək nisbətdə A vitamini və antioksidantlar sayəsində hamar bir dəri ilə təmin edər, sızanaq və qızarıqlığa yaxşı təsir edər. Eyni zamanda tərkibində olan beta karoten sayəsində dərinin kolajen səviyyəsini qoruyaraq yaşlanma müddətini gecikdirməsini təmin edir.

Hazırlanması

Kiçik bir kasanın içərisində ¼ əzilmiş balqabaq və 1 çay qaşığı balı qarışdırın. Gecə yatmazdan əvvəl təmiz və quru dərinizə sürtün və 20 dəqiqəyə qədər gözlədin. Maskanı etmədən əvvəl köhnə köynək geyinin, çünki maska çox yapışqan quruluşa sahib olduğundan geyimlərinizə zərər verə bilər.

Üzünüzü su ilə durulayın və yüngülcə dəsmal ilə suyunu silin. Dərinizin yumşaldığını, lakin kifayət qədər təmiz olmadığını görəcəksiniz. Bunun səbəbi maskanın dərinizin təbii nəm tarazlığını qoruyaraq nəmlənməsini təmin edəcək olmasıdır. Dərinizin çox quru olduğunu hiss etdiyinizdə həftədə bir gün bu maskanı tətbiq edə bilərsiniz.


Çatlaqların dərmanı heyva tumu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Heç bəyənmirəm..
    -Təşəkkürlər,
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.