Allahdan başqasına təvəkkül etdiyinə görə Yusif (ə) bir neçə il zindanda qaldı
Allahdan başqasına təvəkkül etdiyinə görə Yusif (ə) bir neçə il zindanda qaldı
Yusif peyğəmbər (s) Quranda buyurduğu kimi ( &O bizim xalis bəndələrimizdən idiböyük məqama və ali mənəvi dərəcə yetişmişdi. Amma buna baxmayaraq, zindan yoldaşlarından birinin azad olacağını bildikdə, Misir sultanına onun (Yusif) haqqında da danışmağı rica etdi. <<Qurani-Kərim>> bu haqda belə buyurulur:
(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərab paylayana) dediAğanın yanında məni də yada sal! Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də O (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı. (Yusif-42)
Bir neçə müddətdən sonra yadına düşdü ki, Yusif neçə illərdir zindandadır. (Yusif-45)
İmam Sadiq (ə) Yusifin Allahdan başqasına sığındığı haqda buyurdu:
Cəbrail Yusifin yanına gəlib dedi:
-Kim səni insanların ən gözəli etdi?
Yusif dedi:
-Allah.
Cəbrail:
-Kim sənin məhəbbətini atanın qəlbinə saldı?
Yusif:
-Allah.
Cəbrail:
-Səniquyudan çıxartmaq üçün karvanı sənə sarı kim yolladı?
Yusif:
-Allah.
Cəbrail:
-Səni quyudan kim çıxartdı?
Yusif:
-Allah.
Cəbrail:
-Misir qadınlarının məkr və hiyləsini səndən kim uzaqlaşdırdı?
Yusif:
-Allah.
Cəbrail dedi:
-Allahın soruşur ki, bəs niyə məndən başqasına rica etdin, amma Məndən istəmədin? Bax, buna görə də gərək bir neçə il zindanda qalasan.