"Mələk"lərin vəzifələri nədir?...

23 Mart 2015
2 493
0
"Mələk"lərin vəzifələri nədir?...
"Mələk"lərin vəzifələri nədir?...

Mələklər "nur"dan yaradılmış, lətif məxluqlardır. "İmtahan"a tabe olmadıqları üçün məqamları sabitdir. Tək ilahi əmrlərə itaət edərlər. Daim xeyir işləyər, verilən əmrin xaricinə əsla çıxmazlar. Şər qabiliyyətləri yoxdur.
Kainatdakı maddi, mənəvi demək olar ki bütün işlərdə vəzifəlidirlər. Hər varlığın özünə vəkil edilmiş bir mələyi vardır. Etdikləri işlərin əhəmiyyətinə görə dərəcələri də bir-birindən fərqlidir. Ən böyükləri Həzrəti Cəbrayıl, Mikayıl, İsrafil və Əzrail (ə.s.)-dır. Günəş və bənzəri ulduzların bir mələyi olduğu kimi, hər bir yağış damlasının da bir mələyi ilə daşındığı hədislərdə izah edilməkdədir.
Daim insanla birlikdə olan mələklər vardır. Bunların bir qismi, insanların savablarını və günahlarını yazarlar. Bunlara "kiramən katibin" deyilir. İnsan, tək başına qaldığı zaman belə tək deyil, bu mələklərlə birlikdədir. Bu mübarək yoldaşların varlığını iman ilə hiss edən adam əsla tənhalıq çəkməz.
Bizimlə əlaqədar mələklərdən biri də Əzrail (Aleyhissalam)-dır. O, dünya həyatında ikən, ölüm anında görə biləcəyimiz tək mələkdir. Ən qiymətli varlığımız olan ruhumuzu əmanət alar, axirət aləminə aparar. O qorxulmağa deyil, sevilməyə layiq əmin bir əmanətçidir.

Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nəkir. Bir görüşə görə "münkər və nekir" bir mələk növünün adıdır ki, hər adamın qəbirinə bunlardan ikisi göndərilər. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar. Həyatı, iman dairəsində istiqamətlə keçmiş bir insan üçün, bu iki mələk qəbirdə "nurani bir yoldaş"dırlar. Onu qəbrin təkliyindən və dəhşətindən qurtarar, fərahlandırarlar.
Böyük mələklərdən olan Cəbrayıl əleyhissalam isə, Cənab-ı Haqqın, qullarına əmr və qadağanlarını bildirər; xəbərlər gətirər. Etibarlı bir elçidir.
İsrafil əleyhissalam, "yenidən həyat vermə" hərəkətində vəzifəlidir. Rəbbimizin "həyat vermə" ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə bahar aylarında görülən dirilişdə "Muhyi" adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.
Mikayıl əleyhissalam isə, ruzilərin yetişdirilməsində və paylanmasında ilahi əmrləri tətbiq edən böyük mələkdir.
Burada adını xatırladığımız böyük mələklər, eyni vəzifəni edən mələk növlərinin rəisləri hökmündədirlər. Məsələn, İsrafil əleyhissalam "diriliş" əmrini icra edən mələklərin komandiridir. Əzrail əleyhissalam, "eyhamda" yəni "öldürmə" əmrini yerinə yetirən mələk tayfasının başıdır...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.