O kimsəyə kin bəsləməzdi...

26 Mart 2015
1 646
0
O kimsəyə kin bəsləməzdi...
O kimsəyə kin bəsləməzdi...

Yənanə qəbiləsinin başçılarından olan Sümanə hicrətin altıncı ilində müsəlmanlara əsir düşdü. Bu adam əvvəllər peyğəmbərimizə sui-qəsd təşkil etmiş, ancaq məqsədinə nail ola bilməmişdi.Peyğəmbərimiz əsir kimi qarşısına gətirilən Sümanədən soruşdu:- Ey Sümanə, könlündə nə var? Səncə, sənə hansı cəzanı verəcəm?- Ey Məhəmməd! Əgər məni öldürsən, qanlı bir qatili öldürmüş olacaqsan. Əgər bağışlasan, yaxşılığı anlayan birisinə yaxşılıq etmiş olacaqsan. Malımdan istədiyin qədər fidyə al. Çünki mən zəngin adamam.Peyğəmbərimiz Sümanə ilə xoş davranmağı əmr etdi və onu üç gün əsir saxladı. Sonra da azad etdi. Bu yaxşılıq qarşısında Sümanənin könlü İslama meyil etdi . Onsuz da əsir olduğu o üç gündə müsəlmanların hal və hərəkətini görüb çox bəyənmişdi.Çox keçmədi ki, Sümanə kəlmeyi-şəhadət gətirib müsəlman oldu. Ümrə ibadətini yerinə yetirmək üçün Məkkəyə getdi. Sümanənin açıq-aşkar ibadət etdiyini görən müşriklər onu tutub öldürmək istədilər. Amma son anda müşriklərdən biri Sümanəni tanıdı və dedi:- Bu adamı buraxın getsin, çünki o, Yənanə qəbiləsinin başçılarındandır. Əgər onu öldürsəniz, Yənanədən bir də buğda ala bilməzsiniz.Elə də etdilər. Azad edilmiş Sümanə Ümrə ziyarətini tamamlayıb Məkkədən ayrılarkən müşriklərə belə xəbərdarlıq etdi:- Sizlər Allah və Rəsuluna tabe olmadıqca Yənanədən sizə bir dənə də olsun buğda göndərməyəcəyəm.O, qəbiləsinə qayıdanda dediyini elədi. Buğda nədir ki, Yənanədən Məkkəyə hər hansı ərzağın getməsinin Sümanənin başladığı bu təcrid siyasəti Məkkədə öz işini gördü. Qıtlıq baş qaldırdı. Qüreyş qəbiləsi yeməyə çörək tapmadı. Embarqonun qaldırılması üçün Əbu Süfyan Peyğəmbər Əfəndimizin yanına gəlib, kömək göstərməyi xahiş etdi. Peyğəmbərimiz Əbu Süfyanın bu istəyinə müsbət cavab verdi və Sümanəyə məktub göndərərək embarqonu götürməyi tapşırdı və bundan sonra Məkkəyə buğda göndərilməyə başlandı.Halbuki Peyğəmbər Əfəndimiz Hicrətdən əvvəl müsəlmanları Məkkədə ac saxlayan, bir loğma çörəyə möhtac qoyan qureyşliləri bağışlamaya bilərdi. Bu həmin Əbu Süfyan idi ki, Məkkədə müsəlmanları üç il ac qoymuşdu, onlara ərzaq, geyim malları, məişət əşyaları satmağı qadağan eləmişdi.Amma Rəsulullah rəhmət peyğəmbəridir. Uhud savaşında dişi qırılıb mübarək üzü qana boyananda da belə dua etmişdi:“Rəbbim, qövmümə mərhəmət et. Çünki onlar bilmirlər”. Bu cür əngin mərhəmət duyğusuna sahib olan bir peyğəmbər heç də əlinə düşmüş belə fürsətdən istifadə edərdimi?
Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.