Qanuni nigah və HARAM olan Siğə — WORD

28 Mart 2015
2 914
0
Qanuni nigah və HARAM olan Siğə — WORD
Qanuni nigah və HARAM olan Siğə — WORD


Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Günümüzdə bəziləri insanlar arasında haram olmasında müsəlmanların yekdil rəydə olduqları müt`ə nigahı (siğə) ilə insanlar arasında adət-ənənəyə uyğun nigah, talaq niyyəti ilə bağlanan nigah və misyar nigahı kimi tanınan qadının maddi təminat, ev və yaşayış yeri ilə təmin etmə kimi öz bəzi haqqlarından keçdiyi nigahlar arasında heç bir fərqin olmadığını yayırlar.

Bəziləri isə başqa bir iddia ilə insanları aldadaraq siğə nigahının bakirə qızlara deyil yalnız bakirə olmayan dul və boşanmış qadınlara xas olduğunu və bakirə qızlarla siğə etməyin icazəli olmadığını deyirlər. Lakin alimlərinin rəvayətləri və sözləri dediklərində onlara yardım etmir.

Belə ki, “alimləri” bildirmişlər ki, bakirə qızlarla da siğə etmək olar, nəinki bakirə hətta südəmər uşaqlarla belə siğə etmək olar. Hətta demişlər: “Siğə məgər yalnız onlar (yəni, bakirə qızlar) üçündürmü?!” (Əl-Amili, Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 33). Şiələrin dəlil kimi gətirdikləri Uca Allahın bu ayəsinə gəlincə: “Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin”. (Ən-Nisa surəsi, 24). Bu ayənin “nikah etməklə” hissəsi onlara rəddiyədir. Çünki siğə etmək “evlilik” sayılmır. Necə ki, İshaq ibn Ammardan gələn rəvayətdə deyir: Mən Əbu İbrahimdən (əl-Kazim) cinsi əlaqədə olduğu cariyəsi ola-ola zina edən bir kişi barədə soruşdum. Cariyəsi onu evli edirmi? O: “Bəli”-dedi. Mən soruşdum: Əgər yanında siğə etdiyi qadın olarsa necə, evli sayılarmı? O dedi: “Xeyir, evlilik, kişinin yanında daim olana aiddir” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 28-ci cild, səh. 68). Bununla da Allaha həmd olsun ayənin nigaha (daimi evliliyə) aid olub şiələrin zənn etdikləri kimi siğəyə (müvəqqəti nigaha) aid olmadığı sübuta yetir. Şəkk yoxdur ki, siğə yuvalarında baş verənlər müsəlman qadınlarının namusları ilə oynamaqdır. Bilin ki, mutə nigahı (siğə) icazəli olduğu vaxtlarda (yalnız səfərdə olarkən) kafir qadınlarla edilirdi. Sonra isə haram edildi.

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) demişdir: “Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Xeybər (döyüşü) günü mut`ə nigahını (siğəni) və ev eşşəyinin ətini haram etdi” (ət-Tusinin əl-İstibsar kitabı, 3-cü cild, səh. 142. Həmçinin, Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 12). Bu hədisin eynisi əl-Buxari və Muslimdə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun!) rəvayət olunur. Başqa bir hədisdə Cəfər ibn Muhəmməd (İmam əs-Sadiq) mut`ə nigahı (siğə) barədə soruşulduqda dedi: “Bizdə onu yalnız əxlaqsızlar (günahkarlar) edər”. (əl-Məclisinin Bihər əl-Ənvər kitabı və əş-Şiyi kitabı 100-cü cild, səh. 318).


Risaləni tam olaraq yükləmək üçün:

Səhih (Qanuni) nigahla haram olan siğə arasında əsaslı (tutarlı) fərqlər
(Osman Xamis)




Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Elşən Şəkərov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.