Allahdan istə...
Zərrən də yox idi, yoxdan yarandın
> Döndün Yaradandan, nəyə inandın?
> O səni xəlq etdi, sən Onu dandın
> Kimə bağlanmısan, ay boyu bəstə?
> Allaha bel bağla, Allahdan istə.
> Kainat möcüzə, dünya möcüzə
> Yer üzü möcüzə, dərya möcüzə.
> Kimlərsə göstərib guya möcüzə
> Allah möcüzəsin görməyən bendə,
> Allaha bel bağla, Allahdan istə.
> Etibar Ondadı, vəfa Ondadı
> Hər dərdin dərmanı, dəva ondadı.
> Odur şəfa verən, şəfa ondadı
> Sən şəfa axtarma qeyri bir kəsdə
> Allaha bel bağla, Allahdan istə.
> İstər Baba dağı, istər Əlincə
> İstər gündüz olsun, istərsə gecə.
> Yerin nə fərqi var, hardasah, necə
> İstər Kufədə ol, istər Tiflisdə
> Allaha bel bağla, Allahdan istə.
> Əziyyət çəkirsən ağrılarından
> Gah tutur belindən, gah damarından.
> Allah yaxındırsa şah damarından
> Sən çağır Allahı, sən onu səslə
> Allaha bel bağla, Allahdan istə.
> Deyirsən istəyim mən Ondan nəcə?
> Sən çəkil təkliyə elə bu gecə
> Ya qapan səcdəyə, ya da sadəcə
> Qaldır əllərini, otur diz üstə
> Allaha bel bağla, Allahdan istə.
> Çiçək də dərmisən gül budağından
> Övlad istəyirsən sən nə dağından?
> Heç yerə yollanma bəxt otağından
> Hamı yatan zaman dur yatağından
> Çəkil bir kənara, otur ahəstə
> Allaha bel bağla, Allahdan istə.
> Müəllif: Osman Sələfi