"İnşallah" kəliməsinin mənası nədir?

02 Mayıs 2015
1 509
0
"İnşallah" kəliməsinin mənası nədir?
"İnşallah" kəliməsinin mənası nədir?


"İnşallah” bütün işlərini Allahu təalanın diləməsinə həvalə etmək üçün deyilən sözdür. Allahu təalanın hüzurunda itaət edənlərdən olmaq üçün hər işdə inşallah demək lazımdır!

Kainatda hər şey Allahın iradə və təqdiri ilə cərəyan edir. Allah icazə vermədən və istəmədən heç bir şeyin olması mümkün deyil. Hədisi şərifdə buyurulub: İnsanlar üçün, inşallah deməkdən daha fəzilətli itaətedicilik yoxdur. İnşallah (Allah dilərsə olur) mənasındadır.

Hər hansı bir şey barəsində "İnşallah" demək, işi Allahın iradəsinə buraxmaq mənasını daşıyır. Qurani Kərimdə belə buyurulur: "Hər hansı bir şey üçün mən onu sabah edəcəyəm dəmə". Bu, Allah tərəfindən Peyğəmbərimizə bir öyüd və təlimdir. İrəlidə edilməsi planlanan işlər üçün inşallah deyilməsi gərəkdir. Çünki insanın əzm və iradəsi bir şeyin meydana gəlməsi üçün yetərli deyil. "Heç kim sabah nə olacağını bilə bilməz".

Bu söz Allah kəliməsindən yarandığı üçün müqəddəs hesab edilir. Hər işin öncəsi bu kəliməni işlədən şəxsin işi alınmasa belə həmin insan yalançı olmaz. Peyğəmbərimiz ilə Cəbrayıl Mələk arasında xüsusi bir əlaqə əsnasında deyilmiş bir sözdür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.