Narahatlıq, qəm və kədər anında edilən dua...

03 Haziran 2015
2 124
0
Narahatlıq, qəm və kədər anında edilən dua...
Narahatlıq, qəm və kədər anında edilən dua...


(1)- اللَّهُمَّ إِنِّي عَبْدُكَ، ابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتيِ بِيَدِكَ، مَاضٍ فِيَّ حُكْمُكَ، عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ أَنْزَلْتَهُ فيِ كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ فيِ عِلْمِ الْغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبيِ، وَنُورَ صَدْرِي، وَجَلاَءَ حُزْنِي، وَذَهَابَ هَمِّي )

«Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nəsıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əsəlukə bikulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, au ənzəltəhu fi kitəbikə, au alləmtəhu əhədən min xalqikə, au istəsərtə bihi fi ilmi-l-ğeybi indəkə, ən təcalə-l-quranə rabia qalbi, va nura sadri, va cələə huzni va zəhəbə həmmi»

(Allahım! Mən Sənin qulunam, Sənin qulunun oğluyam, Sənin kənizinin oğluyam! İxtiyarım Səndədir. Mənim barəmdə verdiyin hökm keçərlidir, bəxş etdiyin tale ədalətlidir. Sənə özün verdiyin, yaxud öz Kitabında nazil etdiyin, məxluqla¬rından birinə öyrətdiyin, yaxud öz yanında saxladığın qeyb elmində malik olduğun bütün adlarla yalvarıram ki, Quranı qəlbimin baharı, köksümün nuru et, qəmimdən və narahatlığımdan xilas olmağa səbəb et!).

(2)- (اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَالْعَجْزِ وَالْكَسَلِ، وَالْبُخْلِ وَالْجُبْنِ، وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ )

«Allahummə inni əuzu bikə minə-l-həmmi va-l-həzəni, va-l-kəsəli, va-l-buxli va-l-cübni, va daləi-d-deyni va ğaləbəti-r-ricəl» (Allahım! Həqiqətən, narahatçılıqdan və kədərdən, acizlikdən, tənbəllikdən, xəsislikdən və qorxaqlıqdan (cəsarətsizlik), borc yükü altında qalmaqdan və insanların çərənçiliyindən (boşboğazlığından) Sənə sığınıram).

(1) əl-Buxari, 7/158. Peyğəmbər (s.s) bu duanı çox oxuyardı. Bax: əl-Buxari, izahlı nəşri, 11/173.
(2) əl-Buxari, 7/154; Müslim, 4/2092.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.