Namaz`ı iqamə etmək

24 Haziran 2015
1 589
0
Namaz`ı iqamə etmək
Namaz`ı iqamə etmək
Dünya və içindəkilərdən xeyirli olan, səhər vaxtı qılınan iki rükət namazdır.


Namaz, İslamın beş əsasından biridir və çox önəmli bir ibadətdir. Quranı Kərimdə möminlərə namaz qılmaları təkrar – təkrar əmr edilmişdir. Çünki, “Dinin dirəyi namaz’dır. Səhabələr öz aralarında namaz qılmayanlara ‘kafir’ gözü ilə baxırdılar. ‘Qul ilə şirk arasında sadəcə namazın tərki vardı’* hədisi də səhabənin bu fikrini dəstəkləyən mövqedədir.

Namaz, bir müsəlman üçün çox önəmlidir. Çünki qulun axirətdə ilk dəfə sorğuya çəkiləcəyi şey namazdır. Bəlkə məhz buna görə də namazın tərki şirkin başlanğıcıdır. Quran möminlərə, hətta müharibə zamanı belə namazı tərk etməyi yasaqlamış, amma qorxu anında qısaltmağa rüxsət vermişdi.

Dilimizdə istifadə etdiyimiz ‘namazı qılmaq’ ifadəsinin yerinə ‘namazı iqamə etmək’ ifadəsini işlətmək daha doğrudur. Çünki ‘namaz qılmaq’ ifadəsi, bir işi haqqı ilə əda etməyi deyil, onu etmiş kimi görünməyə çalışmaq, aradan çıxarmaq, tələsərək qılmaq və s. mənalara gəlir. Quranda ‘namazı qılarlar’ deyil, ‘namazı iqamə edərlər’ ifadəsi istifadə olunmuşdur ki, iqamə, qaldırıb dikəltmək, düzəldib doğrulamaq, təşviq etmək, davam etdirmək və ya önəm verərək yerinə yetirmək kimi mənalara gəlir. Buna görə Rəsulullah ‘namaz dinin dirəyidir’ demişdir.

‘Namazı iqamə etmək’ demək, namazı, tadili ərqan (ədəbinə görə) qılmaq, zamanında qılmaq, davamlı qılmaq, huşu içində qılmaq deməkdir.
Tadili ərqan – namazın rükünlərində və rükünlər arasında ən az bir təsbih miqdarı, yəni sübhənallah deyəcək qədər durmaq deməkdir. Tadili ərqanın ən az ölçüsü ‘sübhənallah’ deyəcək qədər sükunət içində bədən üzvülərinin hərəkətsiz qalmasıdır.
Namazı zamanında qılmaq – Rəsulullahın bir hədisində spylədiyi kimi ‘ilk vaxtında qılınan namaz ən fəzilətli əməldir’. Başqa bir hədisdə ‘Namazın ilk vaxtında qılınmasında Allahın rizası, son vaxtında da bağışlaması vardır’ Bu hədis, namazı ilk vaxtında qılmanın Allahın rizasına səbəb olduğunu bildirir. Rizaya səbəbdir, çünki, namazı ilk vaxtında qılmada Allaha ibadətə tələsmək vardır. Qul, beləcə ilahi dəvətin əhəmiyyətini qavradığını ifadə etmiş olur.
Namazı davamlı qılmaq – bəzən qılıb, bəzən qılmamaq şəklində deyil, namaza önəm vermək, hər zaman onu əda etmək deməkdir.
‘Namazı iqamə etmə’nin digər bir tərəfi də ‘ daxili tadili ərqan’ kəlməsi ilə ifadə edə biləcəyimiz ‘huşu və hudu’dur. Huşu; Allaha qarşı qorxu və sevgi ilə boyun əymək, könüldən ehtiramdır. Hudu isə; Allahın əzəməti qarşısında əyilmək, iki büklüm olmaq, səmimi təslimiyyətdir. Bəzi alimlərə görə hudu, zahiri əyilmək, huşu isə mənəvi və ruhi əyilməkdir.
Namazda huşu, qəlbin tamamən ətraf mühitdən qoparaq Allaha bağlanması ilə meydana gəlir. ‘Şübhəsiz ki, namazlarında huşu içində olan möminlər nicat tapacaqlar’ (Muminun, 1-2)

•Müslim, İman 134; Əbu Davud, Sünnət, 15

mənbə-azerislam.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.