Əlini aç dua et

08 Ağustos 2015
1 380
0
Əlini aç dua et
Əlini aç dua et


Əlini aç dua et

Elini aç göyə Rəbbinə sarı
Dua et sən Ona hər an usanma,
Onun əlindədir qeybin açarı
Eləsə qeyrisin ruzigar sanma.

Dünyanı yoxluqdan var edən Allah
Qadirdir duana cavab verməyə,
Yoxdur Ondan başqa haqq olan ilah
Çağırma qeyrisin heç vaxt köməyə.

Rəbbinə yaxınlaş ibadət ilə
Aldanma heç zaman şöhrətə, ada
Ölümün haqlığın sən bilə-bilə
Asilik eyləmə fani dünyada.

Əməl et həm dünya həm axirətçin
Fikirləş...! gör nədən ötrü yarandın?
Bu gün əkin vardır, sabahsa biçin
İnan ki, nə əkdin onu qazandın.

O gün ki, qurular ədalət vəzni
Dünyada nə etdin çıxar qarşına,
Heç bir şey qalmayar Allahdan gizli
Geçikmə qılsana çarə başına


Odur ki, ey insan , haqq-İslama gəl
Xoşbəxtlik taparsan iki dünyada
Əks olub eyləmə işini əngəl
Unutma bunları hər an sal yada

R.t..Zemichka


Əlini aç dua et
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.