Etdiyin yaxşılığı dilə gətirmə

14 Eylül 2015
4 311
7
Etdiyin yaxşılığı dilə gətirmə
Etdiyin yaxşılığı dilə gətirmə

Şeytanın etirafları arasında bir məqam diqqəti xüsusilə çəkir.
Etdiyin yaxşılığı dilə gətirmə
Allah-Təalanın (c.c.) əmri ilə Rəsulullahın hüzuruna gələn lənətlənmiş şeytan çox şeyi boynuna alır, insanları necə aldatdığını, kimləri sevib-kimləri sevmədiyini, insanın hansı əməlinin ona əzab verdiyini, hansı əməlinin də xoşuna gəldiyini etiraf edir. Şeytan təkcə özünün yox, öz övladlarının da əməllərindən danışır. Danışarkən də yalan demir, çünki Allah-Təala (c.c.) onu xəbərdar etmişdi: yalan danışdığı an külə dönəcəkdi. Mütəkazi adlı oğlunun vəzifəsindən danışan şeytan, əslində biz insanlara çox böyük bir həqiqəti xəbər vermiş olur. Şeytan deyir ki, onun oğlu Mütəkazinin vəzifəsi gizli əməlləri üzə çıxarmaqdır. Gizli əməl deyəndə də əsasən xeyir işlərdən, savablardan söhbət gedir. Bildirir ki, əgər bir insan gizli bir savab işləyərsə, Mütəkazi ondan əl çəkməz, elə hey onu dürtmələyər ki, elədiyni açıb desin və nəhayət o gizli əməlin açığa çıxmasına, yayılmasına nail olanda da sevinər. Həmin insan elədiyi yaxşılığı (tutaq ki, ehtiyac sahibinə dəstək olmaq, birini dar vəziyyətdən qurtarmaq, bir başqasının xətalı yollardan çəkinməsinə səbəb olmaq, bir başqasını xeyir işlərə yönəltmək...) gizli tutmağı bacararsa, Allah-Təala (c.c.) ona yüz savab yazar, amma elə ki, şeytana uyub dilə gətirdi, bu dəfə də Allah-Təala (c.c.) o yüz savabdan 99-nu silər.
Etdiyin yaxşılığı dilə gətirmə
Hörmətli oxucu! Bu məqam əslində bu və ya digər dərəcədə bizim əksəriyyətimizi əhatə edir. Bəli, möminin iflas etməsi şeytanın bayramıdır. İflas etməmək üçün etdiyimiz yaxşılıqları dilə gətirməməyə çalışmalıyıq. Bəli, şeytan da, nəfsimiz də bizi körükləyəcək ki, söyləyək, hər kəs bilsin, bizə "afərin" desinlər. Bəs nəticəsi nə olacaq? - Bu haqda düşündünüzmü? İslam əxlaqında etdiyin yaxşılığı başa qaxmaq çox pis əməl kimi dəyərləndirilir. Əgər başa qaxacaqsansa, heç o yaxşılığı etməsən yaxşıdır. Söhbətin bu yerində ixlas məsələsi gündəmə gəlir. İxlas nədir, bilirsinizmi? - Xeyir işi ancaq və ancaq Allahın əmri olduğu üçün edirsən, qarşılığını da Allahdan başqa kimsədən gözləmirsən. İslam əxlaqı o qədər uca, o qədər gözəldir ki, başqa heç bir kodekslər məcmusu ilə müqayisə edilməz. Təsəvvür edirsənmi, birinə yaxşılıq elə və elədiyin yaxşılığı, əgər mümkünsə, onun özündən belə gizlə. Sənin düsturun bu olacaq: Allah-Təala bildimi, gördümü, kifayətdir, başqasının bilməsinə lüzum yoxdur. Bax, bu cür hallarda insan zənginləşir, şeytansa ac qalır. İslam tarixində bunu örnəkləri çox görünüb. Məsələn, İmam Zeynəlabidin (r.a.) gecələr torbalara ərzaq doldurub Mədinə kasıblarının qapısına qoyarmış. Ancaq bu mübarək zat dünyasını dəyişdikdən sonra onun sirri açılıb.
Etdiyin yaxşılığı dilə gətirmə
Sən də bunu özündə təcrübə elə. Yaxşılığı elə və heç kimə də söyləmə, qoy gizli qalsın. Əslində Allah-Təalanın (c.c.) bilməsi sənə yetər. Bir xatırla: Həzrəti İbrahim (ə.s.) mancanaqla tonqala atılır və havada süzərkən mələklər yaxınlaşaraq yardım istəyib-istəmədiyini soruşurlar. Cavab nə qədər də möhtəşəm olur: "Hasbinallah, yəni Allah mənə yetər, O məni görür, halımı bilir, O mənə nəyi rəva görsə, mənim üçün də ən xoş olan elə odur. O, mənim üçün nə istəyirsə, mən də Onun istədiyini istəyirəm". Bu əhvali-ruhiyyəni, bu təslimiyyəti ifadə etməyə söz tapa bilmirsən. Bəli, mömin üçün ən böyük mükafat Allah-Təalanın təqdiridir, rizasıdır, "Mən bu qulumdan razı qaldım" deməsidir. Əgər bu varsa, dünya səni öysə nə, söysə nə?.. Tutaq ki, sən elədiyin yaxşılığı dedin, üç-beş adam da sənə "bərəkallah" söylədilər, amma Allah-Təala məmnun qalmayandan sonra insanların səni öyməsinin, tərifləməsinin nə faydası var ki?! Təcrübə elə, dişini dişinə sıx, danışma, şeytan səni qıcıqlandıracaq, "lənət şeytana" de, "şeytanın sərindən Allaha sığınıram" de və o savab əməlini sirr kimi saxla, söyləmə. Bacaracaqsan, şeytanı ac qoyacaqsan.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah razi olsun sennen
  2. crazy_reniw
    gozeldir bundan sora calisacam insallah ,,
  3. Eylül
    Tesekkürler beyendim çox saq ol
  4. Lami95
    Akkah razi olsun teewekkurler
  5. allah bendesi
    beli meselde var sag verdiyini sol el bilmemelidir tewekkurler xebere gore
  6. Laura
    • Laura
    • 14 Eylül 2015 13:32
    Gözəll xəbərdiii...Təşəkkürlərr çox bəyəndim)
  7. sevgi^_^
    Allah razi olsun sennen duzdu gerey dilimize hakim olag her etdiyimiz yaxwiligi demiyey gizli saxlamag lazimdir
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.