Hikmətli sözler

18 Eylül 2015
2 914
7
Hikmətli sözler
Hikmətli sözler

Allah ilə dost olduqdan sonra ölüm də, ömür də gözəldir.

* * *

İçdəki kiri su deyil, ancaq göz yaşi təmizləyər.

* * *

Sən varini - yoxunu, malini - mülkünü, ver və bir qəlb al Al ki, o qəlb qəbirdə, o qapqara gecədə sənə işiq versin, nur versin.

* * *

oxumayan üçün heç bir şey yazilmamişdir.

* * *

Daş və Mərmər də olsan, könül sahibinə rast gəlsən cövhər olarsan.

* * *

Buludlar aglamasa, yaşilliqlar necə gülər?

* * *

Dünyada tikan toxumu əkən insani gül bağçasinda axtarma.

* * *

İnsanlarin onun uçun tökdüyü göz yaşlari incidir. İnsanlar onlari göz yaşi sanirlar.

* * *

Qəlbində gün-güzəran qayğisini az sal. Sən İlahi qapida olduqca ruzin azalmaz.

* * *

Ədalət nədir? - Ağaclari sulamaq. Zülm nədir? - Tikana su vermək.

* * *

Nə qədər bilirsən bil, söylədiklərin qarşisindakinin anlaya biləcəyi qədərdir.

* * *

Əgər ömür gəlib-keçdi və budaqlari qurudusa, kökünü tövbə suyu ilə təzələndir.

* * *

Nəfsin hiyləsinə aldanma. Bir zərrə Haqq günəşini örtə bilməz.

* * *

Yerin dibindəki şirin suya çatmaq üçün başlanğicda oradan palçiq çixarirlar.

* * *

Bir evin təməlini qoyacaqlari zaman əvvəlki binani yixarlar.

* * *

Əgər ömür dəftərini günahla qaraltmisansa, etdiklərinə tövbə et.

* * *

Tövbə miniyi necə qəribə bir minikdir. Sahibini bir anda yer üzündən səmalara çatdirar.

* * *

İçi dolu olmayan qab suyun üzündə qalar, dolunca dənizə batar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ♔Fidanka♔
    Beyendiklerim oldu) Xosum gelir hikmətli sözlərdən
  2. Eylül
    Eladı bəyəndim Allah razı olsun
  3. Agora
    • Agora
    • 19 Eylül 2015 12:09
    Gozel sozlerdir ela twk.
  4. Jessica
    Gozel sozlerdi daha evvel oxumuwdum
  5. sevgi^_^
    Sitat: crazy_reniw
    beyendim gozel sekillerdi saq ol


    Yeqin seflik oldu can))

    Kim redakte Edib xeberi?
  6. allah bendesi
    ellerinize sagliq tewekkurler
  7. crazy_reniw
    beyendim gozel sekillerdi saq ol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.