İnsanda həya,abır barədə

30 Eylül 2015
2 093
3
İnsanda həya,abır barədə
İnsanda həya,abır barədə

İnsanda həya,abır barədə

"Ey Mənim bəndəm! Hər vaxt mənim məhzərimdə məndən utanıb həya etsən, günah etməsən sənin eyblərini camaatdan gizlədərəm.Etdiyin günah və səhvlərini "nameyi əməlindən "silib qiyamət günü sorğu-sualı səndən çətin tutmaram."

Əgər təbiətə fikir versən görərsən ki, gül hər nə qədər ki, tam açılmayıb, öz ətirli təravətini itirməyib, öz gözəlliyini qoruyub saxlayır. Və yaxud meyvənin qabığı o vaxta kimi soyulmayıb uzun müddət davamlı olur. Lakin o vaxt ki, qabığı soyuldu, tez bir zamanda xarab olub aradan gedər.
O qadın ya kişi ki, öz hicabını abır ismətini hifz etməyib həya pərdəsini aradan götürsə, öz insanlığına layiq olan təravətini itirər. Hər bir zaman ki, insanın həyası abrı aradan getdi, insan gizlində gördüyü hər bir ləyaqətsiz işəri utanıb çəkinmədən yerinə yetirər. Belə açıq aşkar surətdə çirkin, əxlaqsız işləri yerinə yetirənlər bir millətin, elin və cəmiyyətin adına ləkə gətirib yeni cavan nəsli əxlaqsızlığa doğru çəkib aparar. Onu da bilmək lazımdır ki, hər bir vasitə ilə cəmiyyəti əxlaqsızlığa tərəf çəkib aparmaq çətin bir iş deyil və belə ləyaqətsiz işləri yerinə yetirmək üçün heç bir hünər, şücaət lazım deyil. Bəlkə, təkcə abırsızlıqla, həyasızlıqla edə bilərsən, sadəlövh bir cəmiyyəti pisliyə tərəf çəkib aparasan. Lakin, cəmiyyəti cavan nəsli doğru, düzgün yola əxlaqlı olmağa gətirib çıxarmaq çətin bir işdir. Onu da bilmək lazımdır ki, hünəri, şücaəti, imanı, təqvası, səbri istiqaməti düz olmayan şəxs bu ağır, çətin məsuliyyətli olan işin öhdəsindən gələ bilməz.

İmam Sadiq (ə) buyurub:"Allah təala dünyanı dostuna da düşməninə də verər. Amma dinini (imanını) tənha seçilmiş bəyənilmiş şəxslərə verər."

Bu dünya barədə İmam Hadi (ə) belə buyurur:"Bu dünya bir bazardır. Bir dəstə insan mənfəət götürər, bir çoxu isə ziyan aparar."
Dünya var dövlət insanın kölgəsinə bənzər. Dayansan oda dayanar, yox əgər onu tutmaq istəsən səndən uzaqlaşar.


İnsanda həya,abır barədə

Uysan da çox uyma xəzə atlasa,
Çünki xəz və atlasla doludur bazar.
Sən qədir bilənin xidmətində ol
Qədrini bil olma nəfsə kiriftar.

(Sədi)

Qəlbini çalmasın bu mal bu dövlət
Azı bir zillətdir,çoxu fəlakət .

(Nizami)

Uşaq bir az çörək taxıb qırmağına hər zaman
Balıqları şikar edir bu yol ilə çox asan.
Ey Xəqani çörək üçün öz abrını tökmə sən
Abrını tökən tamah canı alar əlindən.

(Xaqani)


İnsanda həya,abır barədə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 1 Ekim 2015 21:58
    Super xeber alınıb. Davamlı olsun
  2. ...DUALARIMDASAN...
    ela xeberd tez tez olsun bele xeberler
  3. Dear..
    Anlamlı xəbərdi və bi o qədərdə dəyərli.
    -Xəbərlərini bəyənərəkdən izləyirəm.Ardı olsun))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.