Məsumlardan hədislər 71-100

06 Ekim 2015
1 865
4
Məsumlardan hədislər 71-100
Məsumlardan hədislər 71-100
Məsumlardan hədislər 71-100
Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: "Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.”

* * *

Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: "Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”

* * *

Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: "Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”

* * *

Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: "Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”

* * *

Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: "Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”

* * *

Hədis 76: Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər.”

* * *

Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: "Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”

* * *

Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: "Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”

* * *

Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: "Əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.”

* * *

Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: "Bəndə öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.”

Məsumlardan hədislər 71-100

Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: "İnsanı üzünə tə`rif etmək, onu qətlə yetirmək kimidir.”

* * *

Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: "Allah yolunda bir gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.”

* * *

Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: "İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”

* * *

Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: "Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”

* * *

Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: "Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.”

* * *

Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: "Dünya sevgisi bütün xataların başlanğıcıdır.”

* * *

Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: "Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.”

* * *

Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: "Adəm övladının xatalarının çoxu dilindədir.”

* * *

Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: "Mö`mini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.”

* * *

Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: "Müsəlmana hiylə quran bizdən deyildir.”


Məsumlardan hədislər 71-100

Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: "Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.”

* * *

Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: "Qiyamət günü mö`minin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”

* * *

Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: "Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”

* * *

Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.”

* * *

Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: "Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”

* * *

Hədis 96: Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə qeybət edən kimidir.”

* * *

Hədis 97: Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”

* * *

Hədis 98: Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”

* * *

Hədis 99: Həzrət Əli (ə) buyurur: "Məsləhət edən şəxs xatadan amanda qalar.”

* * *

Hədis 100: Həzrət Əli (ə) buyurur: "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”
Məsumlardan hədislər 71-100
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    "Məsləhət edən şəxs xatadan amanda qalar.”
  2. SEHRI
    • SEHRI
    • 6 Ekim 2015 21:24
    Gözəl hədislərdi redaktə də qəşəng alınıb.Allah razl olsun
  3. Nik.siz gozel
    Allah razi olsun Baci.cox deyerli xeberdir
  4. alahi seven
    çoox gozel hedisleslərdi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.