Fatimə (s) Məhəmmədin (s) kövsəridir

26 Ekim 2015
1 715
0
Fatimə (s) Məhəmmədin (s) kövsəridir
Fatimə (s) Məhəmmədin (s) kövsəridir


Fatimə (s) Məhəmmədin (s) kövsəridir

Fatimə (s) Məhəmmədin (s) kövsəridir

Fatimə (s) Məhəmmədin (s) kövsəridir

Kövsər nədir? «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir.

«Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik».

Peyğəmbərin (s) kövsəri

Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qur’ani-kərim bütün digər ilahi kitabları hifz edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir. Əksinə, düşmən puç köpükdür, köksüz, əsassız, dayanacaqsızdır. Qur’anda buyurulur: «Köpük heç bir şey olmadığı üçün uçub gedər.» Başqa bir ayədə buyurulur: «Pis söz isə qoparılmış, köksüz pis bir ağaca bənzəyir».

Fatimə (s) kövsər oxşarı

Məhəmməd (s) kövsərinin digər bir nümunəsi Zəhradır (s). Çünki Peyğəmbər (s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (s) on bir imam doğulmuş, onların bərəkəti şərqi, qərbi bürümüşdür. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir.Onlar imamətin qaynar bulağı kimi şəriət susuzluğunu doyurmuşlar. Bütün fəzilətlər Əhli-beyt və ilahi vəhydəndir.

İmam Sadiq (ə) buyurmuşdur: «Harada fəzilətdən bir söz olsa, biz Əhli-beytdəndir». Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimədir (s), nə üçün də kövsər olmasın?! Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın?! Buna görə də Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir. Onun Əhli-beyti və övladları dinin pak ağacının daim suvarıldığı kövsərdirlər.



Fatimə (s) Məhəmmədin (s) kövsəridir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.