Sübh namazına qalxa bilməyin 21 qızıl qaydası

27 Ekim 2015
5 455
4
Sübh namazına qalxa bilməyin 21 qızıl qaydası
Sübh namazına qalxa bilməyin 21 qızıl qaydası


1) Tez yatmaq,hətta zəruri olan yuxu ehtiyacını ödəyə bilmək üçün.
Əks halda sübh namazının vaxtı çıxana kimi ya oyanmaq mümkün olmur, ya da oyanan kəs sərxoş və yorğun halda olur.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

2) Dəstəmazlı olmağa və yatağa girəndə sünnədə varid olmuş zikrləri etməyə həris olmaq.
Bu da sübh namazına oyanmağa təsir edən amillərdəndir.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

3) Yatmazdan öncə sübh namazına durmaq üçün sadiq niyyətli və əzmli olmaq.
Tənbəlliyindən dolayı oyanmamağı arzulayan kəs isə, belə pis niyyətlə sübh namazınıqılmağa müvəffəq olmaz.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

4) Yuxudan oyanan kimi dərhal uca Allahı zikr etmək. Bununla şeytanın düyünlərinənbir düyün açılar.
Daha sonra dəstəmaz almaqla şeytan ondan uzaqlaşar.
Namazı qıldıqda isə hər şey yoluna düşər.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

5) Namaza oyanmaq üçün ev əhlinin və salehlərin köməyindən istifadə etmək.
Məsələn, müsəlmanların sübh vaxtı telefonla zəng edib bir-birlərini namaza oyatmaları kimi.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

6) Allah Təalədən sübh namazını əda etmək üçün müvəffəqiyyət diləmək.
Həqiqətən də dua hər bir şeydə nicat tapmağın və müvəffəqiyyətin ən böyük səbəblərindəndir.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

7) Xəbərdaredici vasitələrdən istifadə etmək. Məsələn, saatın zəngindən.
Eyni zamanda bu vasitələri yataqdan bir qədər uzaq qoymaq lazımdır ki, insan yuxulu ikən əlini uzadıb onu söndürə bilməsin.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

8) Yatanın üzünə (onun öncədən razılığı ilə)su səpmək.
Bilin ki, bu da şəri vasitələrdən sayılır.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

9) Mənzildə tək yatmamaq.
Artıq Allah Rasulu (Allahın ona salavat və salamı olsun) evdə tək yatmağı qadağan etmişdir.

10) İnsanların nəzərindən uzaq, bilmədiyi yerlərdə yatmamaq.
İnsanlar səndən xəbərdar olsun ki, yatıb qalsan səni oyatsınlar.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

11)Yuxudan oyanmağa çalışmaq və oyanan kimi ilk dəfədən yataqdan qalxmaq.
Əks halda insan yenidən dərin yuxuya gedə bilər.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

12)Saatın zəngini namazın vaxtından çox əvvələ qurmamaq.
Çünki insanların çoxu belə olduqda hələ vaxt var deyib yatağa qayıdır və yenidən dərin yuxuya gedir.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

13)Oyanan kimi işığı yandırmaq. Çünki işıq yuxunu dağıdan amillərdəndir.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

14)Çox yuxusuz qalmamaq, hətta gecə namazına qalxsa belə.
÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

15)Yatmazdan öncə çox yeyib-içməmək. Buağır yuxuya səbəb olan amillərdəndir.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

16)Sübhün sünnətinindən sonra sünnəyə uyğun uzanmaq məsələsində çox ehtiyatlıolmaq. Bu uzanış yatmaq üçün deyil.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
Allah Rasulu (Allahın ona salavat və salamı olsun)(dik-qalxmış) sağ əlinin üzərinə söykəyərdi.
Bu narahat bir uzanışdır və yuxuya mane olur. Bundan əlavə Bilal (Allah ondan razı olsun)
Allah Rasulunu (Allahın ona salavat və salamı olsun) namaza çağırmaqla mükəlləf idi.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

17)Gecə namazına sübh namazına yaxın vaxtda,gecənin son 3/1-də qalxmaq.
Belə ki, vitr namazından bir qədər sonra artıq sübh namazının azanı verilmiş olsun.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

18)Yataqda yatarkən Allah Rasulunun (Allahın ona salavat və salamı olsun) tabe olmaq.
Sağtərəf üzərində, üzü sağ əlinovucuna qoyub yatmaq.
Bu digər yatış şəkillərindən fərqli olaraq yuxudan oyanmanı asanlaşdırır.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

19)İmkan olduqca qaylulə etmək, yəni günorta bir qədər yatmaq.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

20)Əsr və məğrib namazlarından sonra yatmamaq. Çünki bu vaxtlarda yatmaq günün sonunda insanda yuxusuzluq yaradır.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

21)Və son olaraq ən əsası ixlaslı olmaq.
Həqiqətən də hər bir işin başında gələn əsas ixlasdır.



Sübh namazına qalxa bilməyin 21 qızıl qaydası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Demir
    • Demir
    • 28 Ekim 2015 08:16
    Men evveller hec zenge nede adama ehtiyacim olmadan namazin vaxtinda cetinlik cekmeden dururdum sonradan yaxwi oyana bilmirem
  2. Dear..
    Əlhəmdulillah oyana bilirəm sübh namazına.Çox az hallarda 1-2dəfə oyana bilməmişəm müəyyən səbəplərdən.Ama daima Allahımdan istəyirəmki oyana bilim..
    Və sübh namazı ən vacip və sübh namazında edilən dualar daha tez qəbul olur..
    -Təşəkkürlər.
  3. Drea..
    ALLAH razı oLsun deyerLi xwbere gore
  4. SindireLLa
    Allah razi oLsun xəbərə görə.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.