Möminin dəqiq riayət etməli olduğu 3 davranış amili

10 Kasım 2015
1 054
3
Möminin dəqiq riayət etməli olduğu 3 davranış amili
Möminin dəqiq riayət etməli olduğu 3 davranış amili


Möminin dəqiq riayət etməli olduğu 3 davranış amili

Bir nəfər İmam Səccadın (ə) yanına gəlir və deyir ki, dinin bütün qanunlarını elə bu məclisdə bizim üçün bəyan edin. Həzrət Zeynəlabidin (ə) buyurur: "Bütün şəriət - Allahın dinidir. Haqq sözü demək - əlac edən yollardan biridir.

Möminin dəqiq riayət etməli olduğu 3 davranış amili

Bu ağzınızı açan zaman ki, söz deyəsiniz, dediyinizi ölçün və dediyiniz sözü Quran və Əhli-beytin (ə) dedikləri ilə həmahəng edin ki, dediyiniz söz haqq söz olsun. Ondan sonra azad qoyun ki, ağzınızdan bayıra çıxsın. Əgər ölçməsəniz və fikirləşməsəniz, həmahəng olmasanız - yalan, qeybət, töhmət, təhqir, məsxərə, istehza, batil, söyüş ağzınızdan bayıra çıxacaqdır. Ürəkləri yandıracaqsınız və ya insanları yolundan azdıracaqsınız. Bu zaman sizin sözünüzün hamısı batildir. Ona görə də haqq söz dilə aid olan bütün məsələlərin köküdür". İmamın (ə) buyurduğu bu yol - həqiqətlərdən biri idi.
İkinci həqiqət - ədalətlə hökm etməkdir. İmamın (ə) buyurduğu bu həqiqət həm bizlərə, həm məhkəmə sisteminə və həm də dövlətə aiddir. Əgər hökm vermək istəyirsinizsə, hökmünüz ədalət üzərindən olmalıdır. "Bu hökm verməkdə darı dənəsindən də az haqqı belə, tapdalamaq olmaz". (Erfan)
Əgər tarixə nəzər salsaq və Məsum İmamların (ə) Bəni-Üməyyə və Bəni-Abbasla bağlı hökmlərinə baxsaq, görərik ki, haqqına hökm veriblər. Hökm verən əsəbi olmamalıdır, hökm verən gərək zənginin və güclünün tərəfini tutmasın. Məsum İmamların (ə) verdiklləri hökmdə bir qarışqanın haqqı belə tapdalanmamışdır.
İmamın (ə) buyurduğu üçüncü həqiqət - əhdə vəfa etməkdir. İmam (ə) buyurur: "Əhdə vəfa edin". Özümüzlə, insanlarla, Allahla, ailəmizlə və dostlarımızla bağladığımız müsbət əhdlərə vəfalı olaq. Hətta əgər bu əhdə vəfa etməkdə sərvətiniz əldən getsə, sizin bu əhdi pozmağa haqqınız yoxdur.
Bəli, həqiqi mömin olmaq istəyiriksə, İmamın (ə) buyurduğu bu üç həqiqətə hər birimiz diqqət edib, onlara əməl etməliyik.


Möminin dəqiq riayət etməli olduğu 3 davranış amili
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah razi olsun :) ellerine salik
  2. _afoRoz_
    Allah razı olsun cox sagolun ibrətamiz dir
  3. -Aydan-
    ........--Buyurun--........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.