"Rəhman" və "Rəhim" niyə yanaşıdır?

11 Kasım 2015
1 381
2
"Rəhman" və "Rəhim" niyə yanaşıdır?
"Rəhman" və "Rəhim" niyə yanaşıdır?

"Bismillahir-Rəhmanir-Rəhim" ayəsindəki "Rəhman" və "Rəhim" adlarının hər ikisi rəhm, mərhəmət kökündəndirsə, onların yanaşı işlənməsinin mənası nədir?

ərəb dilində bəzən bir kökdən törəmiş kəlmələr xeyli fərqli, daha doğrusu, zəngin mənalara malik ola bilirlər. Bu misalda da "Rəhman" və "Rəhim" kəlmələrinin məna baxımından müəyyən fərqləri vardır.

Ərəb dilində "fəlan" babında olan sözlər ifrat və bolluq mənasını bildirir. Məsələn, "qurban" - çox yaxınlıq, "dövran" - nəhəng dövrə, "heyran" - çox heyrətdə qalmaq. Rəhman adı Allahın mərhəmətinin bol olduğunu göstərir.

"Fəil" babında olan sözlər isə daimilik və davamlılıq bildirir. "Rəhim" adı Allahın mərhəmətinin daimi və əbədi olduğunu ifadə edir.

Bəzi alimlər qeyd ediblər ki, "Rəhman" sifəti Allahın bu dünyada hamıya qarşı rəhmli olduğunu, "Rəhim" sifəti isə axirətdə yalnız möminlərə mərhəmət göstərəcəyini bildirir.

"Rəhman" və "Rəhim" niyə yanaşıdır?

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    tewekkurler melumat ucun ellerinize sagliq

    tewekkurler melumat ucun ellerinize sagliq
  2. -Aydan-
    ................-Buyurun-................
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.