O, insanlığa ən mükəmməl nümunə idi

13 Kasım 2015
1 063
1
O, insanlığa ən mükəmməl nümunə idi
O, insanlığa ən mükəmməl nümunə idi

O, insanlığa ən mükəmməl nümunə idi

O, insanlığa ən mükəmməl nümunə idi
Peygemberimizin (s.a.v.) insanlarla munasibeti

İnsanlığa ən gözəl nümunə olan Peyğəmbərimiz (s.a.v.) ictimai həyatın hər sahəsində olduğu kimi, insanlar arasındakı bəşəri münasibətlər mövzusunda da ən gözəl nümunə idi.

Peyğəmbərimiz (s.a.v.) insanlara çox dəyər verər, insanlarla iç-içə yaşayar, adi bir insan kimi həyatını davam etdirərdi. İnsanlarla qarşılaşdığı zaman ilk salam verən özü olardı. Deyilənləri diqqətlə dinləyər, həmsöhbəti sözü bitirmədikcə üzünü ondan çevirməzdi. Ənəs b. Malik buyurur: “Hz. Peyğəmbər biri ilə qarşılaşıb danışmağa başladıqda, o şəxs üzünü çevirmədikcə əsla üzünü çevirməzdi. Biri ilə qarşılaşıb əlini tutduqda, həmin adam əlini buraxmadıqca əlini çəkməzdi. Səhabələri ilə oturarkən ayaqlarını qəti uzatmazdı.”

Peyğəmbərimiz (s.a.v.) insana hər şeydən əvvəl insan olduğu üçün dəyər verirdi. Bir gün Hz Peyğəmbər (s.a.v.) səhabədən bir qrupla oturarkən yanlarından bir cənazə keçmiş və Peyğəmbərimiz (s.a.v.) cənazəni görüncə ayağa qalxmışdı. Yanındakılar onun bir müsəlman cənazəsi olmadığını, yəhudi cənazəsi olduğunu söyləyərək, ayağa qalxmağa ehtiyac olmadığını bildirmişdi. Bunun qarşılığında Hz Peyğəmbər (s.a.v.): “Müsəlman deyilsə, insan da deyilmi?” cavabını vermişdi.

Peyğəmbərimiz (s.a.v.) səhabələrinin problemləri ilə maraqlanar, onlarla olan əlaqəni kəsməzdi. Ümumi məsələlərlə yanaşı xırda məsələlərə də laqeyd yanaşmamış və insanların ən xırda problemləri ilə maraqlanmışdır, müsəlmanların dərdlərinə ortaq olduğu kimi, müsəlmanlara da bunu tövsiyə etmişdir.

Peyğəmbər Əfəndimiz daima təbəssüm edər və gülərüz olardı. O, heç vaxt qəhqəhə çəkib gülməmişdi. Onun gülüşü təbəssüm şəklində olmuşdu. RəsulALLAH özü gülərüzlü olduğu kimi səhabələrini də belə olmağı təşviq edirdi Qardaşının üzünə gülümsəməyin də bir sədəqədir, Heç bir yaxşılığı əsla dəyərsiz hesab etmə. Hətta qardaşını gülər üzlə qarşılamağı belə.

Peyğəmbərimiz (s.a.v.) heç bir zaman varlı-kasıb, böyük-kiçik, ağa-qul ayrıseçkiliyi etməzdi. Onun nəzərində hamı bərabər idi: ”Kasıbları axtarın, onlara arxa-dayaq olun. Çünki siz ancaq kasıblar sayəsində köməklik görür və ruziləndirilirsiniz.”

RəsulALLAH incə, zərif və nəzakətli bir insan idi. Ətrafındakıları narahat edəcək hər hansı bir davranışa yol verməzdi. Yumşaq təbiətli idi. O, insanların könüllərini alar, onların nifrətinə səbəb olacaq davranışlar etməzdi. İnsanlarla gülərüz davranar, onlarla gözəl müamilə edərdi. Heç kəslə mübahisə etməz, pis söz söyləməz, heç kəsi ayıblamazdı. Son dərəcə ədəbli idi. Çünki İlahi tərbiyə ilə tərbiyə olunmuşdu: “Məni RƏBBim tərbiyə etdi. Bunun üçün çox gözəl tərbiyə edildim.”

Ənə b. Malik rəvayət edir:”ALLAH Rəsuluna 10 il xidmət etdim, mənə heç of belə demədi. Etdiyim bir şey üçün 'Bunu niyə etdin?', etmədiyim bir şey üçün də ' Bunu niyə etmədin?' demədi.”

Bir məclisə daxil olanda baş tərəfə keçmək üçün heç kimə əziyyət verməz, dərhal ən axırıncı və boş bir yerdə oturardı.Yığıncaqda olanlarla gözəl rəftar edərdi.Hər kəs onun yanında ən çox sevildiyini hiss edərdi. Ondan bir çey istəsələr, əgər varıdırsa verər, yoxdursa şirin sözlərlə o adamın könlünü alaraq istəyini verəcəyini vəd edərdi.

Çox vəfalı, mərhəmətli, comərd, təvazökar insan idi. Hamı Peyğəmbərin (s.a.v.) onunla maraqlanacağından əmin idi.

Beləliklə, O, insanların ən gözəli və insanlığa ən mükəmməl nümunə idi.


O, insanlığa ən mükəmməl nümunə idi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Bəli doğurdanda nəzakətli səliqəli bir idi ..
    -Çox dəyərli cümlələr idi..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.