Möminin qəlbindəki nurun misalı..

17 Kasım 2015
1 570
3
Möminin qəlbindəki nurun misalı..
Möminin qəlbindəki nurun misalı..


Möminin qəlbindəki nurun misalı..Uca Allah buyurur: Möminin qəlbindəki nurun misalı..

“Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir.
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. Yaxud onların əməlləri zəngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz" (ən-Nur, 35-40).


Möminin qəlbindəki nurun misalı..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Allah kimə nur verməsə, onun nuru olmaz" (ən-Nur, 35-40).

    Bəli elədi.Buna misal olaraq sələfiləri (vəhabiləri) misal göstərmək ən doğrusu olar,onların heç birinin üzündə nur yoxdu,meyit rəngindədilər.Bu o deməkdir ki,Allah nuru onların üzündən də çəkib..Dəyərli xəbərdi,Allah razı olsun
  2. -Aydan-
    -Allah razı olsun dəyərli xəbərdir..
    -Təşəkkürlər.
  3. Laura
    • Laura
    • 17 Kasım 2015 22:45
    Nə gözəl xəbərdi əllərinə salıqq Allah razı olsun)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.