İmam Hüseynə (ə) ağlamaq

21 Kasım 2015
1 964
3
İmam Hüseynə (ə) ağlamaq
İmam Hüseynə (ə) ağlamaq


Bir nəfər bir qisim insanların özlərinə əziyyət verərək qışqırıb-bagıraraq aglaşdığını görür. Yanlarına gedib nə ediklərini soruşur.
Onlar da
-Bu gün həzrəti hüseynin yezid tərəfindən Kərbəlada şəhid edildiyi günün ildönümüdür. Biz o mübarək Peygəmbər övladının yasını tuturuq- deyirlər.
O arif şəxs onlara bu ibrətli açiqlamanı edir
-Yezidin dövrü harada qaldı? Siz indiyə qədər yatırdınızmı ki, indi yas tutur, üst-başınızı parçalayirsınız? Ey yuxuda olanlar siz əvvəlcə özünüz üçün aglayın Çünki bu agır yuxu çox pis bir ölümdür.
İmam Hüseyn (ə) ruhu, Haqqa mənsub olan o uca ruh bədən zindanından xilas oldu.
Nə üçün paltarlarınızı cırır, əlinizi dişləyirsiniz?
İmam Hüseyn (ə) və ətrafında olanlar İslamın ən öndə gedənləri, hökmdarları idilər.
Onlar əsarət zəncirlərini qırdılar. Onlar üçün matəm deyil, sevinc, səadət vaxtı gəldi. Onların halından zərrə qədər xəbərdar olsaydın, bilərdin ki, bu gün onların
səltənət, gözəllik və Cənnət sultanı olduqları gündür .


Xəbərin yoxdursa, get Öz halına agla fəryad et Çünki sənin könlün bu fani dünyadan başqa bir şey görmür.
Əgər könlün yaxşı insanların axirətdə qovuşacaqları səadəti görürsə, nə üçün ona tərəf cəsarətlə getmir? Nə üçün Haqqa etimad və təvəkkkül etmir?Niyə qəlbini mənən zənginləndirərək ehtiras və tamahdan çəkinmir? İmanının üzünə saldığı nur haradadır? Dinin sənə lütf etdiyi səadət haradadır, Allahın lütf və ehsan dənizinə daldıgın halda nə üçün əlin, ovucun boşdur? Cömərdliyin haradadır?
Çayı görən susuzlardan suyu əsirgəməz. Xüsusilə, Allahın feyz dəryasını görən, lütf buludlarına nail olan kimsə möhtac olanlara yaxsılıq edər, Cömərd olar.

Mövlana Cəlaləddin Rumi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah razi olsun bele dini yazili xeberlerin redaktesine mence fikir vermelisizki qewey alinsin yazinin olcusun kicik qoymusuz duzgun oxumak olmur :)
  2. -Aydan-
    -Düzdür Hüseyn ağam və 72 nəfərin xoş günüdür. Oların xoş günü bizimdə xoş günümüzdür.. LAkin biz onların sevincinə deyil əzablarına ağlayırıq..
    -Yezidin dövrü harada qaldı? Siz indiyə qədər yatırdınızmı ki, indi yas tutur, üst-başınızı parçalayirsınız?- deyir alim şəxs YANLIŞDR biz yezidin dövründəymmidikki bizdə günahgar olaq.. o Alim Bilməlidir ki Allahımız buyurub ki, Kİm Hüseynə ağlasa Axırətdə Zəhra Zeynəb göz yaşımızı siləcək.. Nəysə danışdıqca uzanır ..
    -Həm fikir deyiləm məqalə ilə yenədə təşəkkürlər.
  3. AgoRa.
    buyurun.....yazin serh
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.