İmam Əli ər-Rza (ə) haqda bir qədər

27 Aralık 2015
3 867
1
İmam Əli ər-Rza (ə) haqda bir qədər
İmam Əli ər-Rza (ə) haqda bir qədər
Adı: Əli

Atası: İmam Musa əl-Kazım (ə)

Anası: Tuktəm ( Tahirə)

Babası: İmam Cəfər əs-Sadiq

Qardaşları: İbrahim, Abbas, Qasim, İsmayil, Harun, Həsən, Əhməd, Muhəmməd, Həmzə, Abdullah, ishaq, Ubeydullah, Zeyd, Həsən, Fəzl, Süleyman

Bacıları: Fatimətul-Kubra, Fatimətus-Suğra, Rüqəyya, Həkimə, Ummu Əbiha, Rüqəyyə-Suğra, Gülsüm, Ummu Cəfər, Lubabə, Zeynəb, Xədicə, İliyyə, Aminə, Həsənə, Bərihə, Aişə, Ummu Sələmə, Məymunə, Ummu Gülsüm

Viladəti: Hicrətin 148-ci ili, Zilqədə ayının 11-i, Mədinədə dünyaya gəlmişdir

Zövcələri: Səbikə, Ummu Həbibə bint əl-Məmun əl-Abbasi

Oğlanları: Muhəmməd Cavad

Künyəsi: Əbul-Həsən

Ləqəbləri: ər-Rza, əs-Sabir, ər-Rəziyyu, əl-Vafiyyu, əs-Sadiqu, əl-Fazilu

İmaməti: Hicrətin 183-cu ili, atası imam Musa əl-Kazimin şəhadəti günü imam təyin edilmişdir.

Vilayətul Əhdi: Hicrətin 201-ci ili, Ramazan ayının 5-də Vəliyul- əhd təyin edilmişdir. Bu mənsəbə təyin edildikdən sonra, onun adına dirhəm və dinarlar pul sikkələri hazırlandı.

Üzüyunun nəqşi: Maşallah la quvvətə illa billah

Əsəri: Əyanuş-Şiə kitabının müəllifi Onun 7-i adlı əsərinin olmasını vurğulamışdır

Şairi: Dubəl əl-Xuzai, Əbu Nəvvas, ibrahim ibn Abbas əs-Suli

Zamanında olan hakimlər: Harun ər-Rəşid, əl-Əmin, əl-Məmun

Şəhadəti: Hicrətin 203-cu ili, Səfər ayının 17-də Məmunun əli ilə zəhərlənərək şəhid olmuşdur

İmamət müddəti: 20 il

Ömrü: 55

Qəbiri: İranın Xorasan şəhərində. Hal-hazırda ora müsəlmanların ziyarət güşəsinə çevrilmişdir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH razi olsun inwALLAH
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.