Pirlərə gedib dua etmək barədə

05 Şubat 2016
1 731
2
Pirlərə gedib dua etmək barədə
Pirlərə gedib dua etmək barədə


Pirlərə gedib dua etmək barədə

Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116)
Bəzi insanlar Allaha şərik qoşmadığını deyərək bu yerlərin Allaha yaxınlaşmaq üçün vasitə olduğunu zənn edirlər. Uca Allah buyurur: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz" (əz-Zumər, 3)
Bəziləri isə həmin yerlərə gedib orada yalnız Allaha dua edirlər, amma həmin yerlərdən duanın daha tez eşidildiyini düşünürlər. Uca Allah bunu qadağan edərək buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186)
“Biz ona şah damarından da yaxınıq” (Qaf, 16)

Pirlərə gedib dua etmək barədə
[/center]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 5 Şubat 2016 18:58
    xeberim var yazilanlar haqda menim en en boyuk arzumdu butun muqedes yerleri getmek TANRI butun muselmanlara oralari gormek isteyenlere qismet elesin amin
  2. allah bendesi
    bu barede oxumuşdum..yenede oxudum..ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.