QİYAMƏTDƏ BEHİŞTLƏRİN YERİ

06 Ekim 2014
1 333
0
QİYAMƏTDƏ BEHİŞTLƏRİN YERİ
QİYAMƏTDƏ BEHİŞTLƏRİN YERİ

QİYAMƏTDƏ BEHİŞTLƏRİN YERİ

Kə`b ibni Əşrəf, Malik ibni Seyfi və Həyy ibni Əxtəb adlı üç yəhudi Ömərin yanına gəlib dedilər: – Sizin səmavi kitabınız Qur`anda deyilir: «Və cənnətin ərzuhəs-səmavati vəl-ərz – behiştin genişliyi asimanlar və yer qədərdir». Halbuki, əgər Qiyamətdə bir behişt bütün yeddi səmavi və yeddi yeri əhatə etsə, onda sair behiştlər harada olacaq?

Ömər «bilmirəm» – deyə cavab verdi. Bu zaman Əli (ə.s) gəlib onlara buyurdu: – Nə barədə söhbət edirsiniz?

Yəhudilər öz suallarını təkrar etdilər. Əli (ə.s) onlara buyurdu: – Deyin görüm, gecə olanda gündüz hara gedir?

Dedilər: – Allah bilir.

Əli (ə.s) buyurdu: – Elə behiştlərin yerini də Allah bilir.

Sonra Əli (ə.s) həzrət Peyğəmbər (s.ə.v.v.)-in yanına gəlib hadisəni dedi. Bu zaman aşağıdakı ayə nazil oldu: «Fəs`əlu əhləz-zikri in kuntum la tə`ləmun – Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»


HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.