Gözə Sürmə Çəkməyin Faydaları – Din

03 Eylül 2016
2 540
0
Gözə Sürmə Çəkməyin Faydaları – Din
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Gözünüzə ismid çəkin! Çünki o, gözə parlaqlıq verir və kirpikləri bitirir”.

İsmid sürmə növüdür. Sürmə – qara-qırmızıyaçalar daş növüdür. Bu daşların bir qismi daha çox qaraya, bir qismi isə qırmızıya çalır. Sürmə çəkmək deyildikdə isə, şəfa tapmaq və ya gözəl görünmək məqsədilə həmin daşın tozunu milçə ilə kirpiklərin dibinə sürtmək nəzərdə tutulur. Peyğəmbər gözlərinə sürmə çəkmiş, habelə ümmətini də buna rəğbətləndirmiş, üstəlik sürmənin gözə nə dərəcədə faydalı olduğunu xəbər vermişdir. Peyğəmbər yatmazdan əvvəl hər gözünə üç kərə sürmə çəkər və ümumiyyətlə bunu tək sayda etməyi məsləhət görərdi. Peyğəmbər demişdir: “Sizdən biriniz (gözlərinə) sürmə çəkdiyi zaman bunu tək sayda etsin”.

Digər hədisdə Peyğəmbər demişdir: “Allah Vitrdir (yəni, Təkdir) və tək sayı sevir”.

İslam alimləri Peyğəmbərin buyurduğuna uyğun şəkildə gözə sürmə çəkməyin iki yolu olduğunu söyləmişlər: birincisi, əvvəlcə sağ gözə üç kərə, sonra da sol gözə üç kərə sürmə çəkmək; bu da üç dəfə üç dəfə yuyulan dəstəmaz əzalarına bənzəyir; ikincisi isə sağ gözdən başlayıb elə sağ gözdə də qurtarmaqla və bir-bir növbə ilə çəkməklə sağa üç, sola isə iki kərə sürmə çəkmək. Beləliklə də, hər iki gözə cəmi beş kərə, yəni, iki gözə birlikdə tək sayda sürmə çəkmiş oluruq. Ənəs ibn Malik rəvayət edir ki, “Peyğəmbər sağ gözünə üç kərə, sol gözünə isə iki kərə sürmə çəkərdi”.

Gözə sürmə çəkməyin nə dərəcədə faydalı olduğu barədə isə böyük İslam alimi İbn əl-Qeyyim demişdir:

“Sürmə çəkmək, gözün sağlamlığını qoruyur, onun nurunu artırır, onu zərərli şeylərdən qoruyur, gözdəki çirki təmizləyir, üstəlik gözlərə gözəl görünüş verir”.

Gözə sürmə çəkmək kirpiklərin dibini möhkəmləndirir və onları uzadır. Peyğəmbər demişdir: “Gözünüzə ismid çəkin! Çünki o, kirpikləri bitirir, çirki təmizləyir və gözləri saflaşdırır”.
zikr.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.