Geciken namazim,hardasan?

10 Ekim 2014
1 345
0
Geciken namazim,hardasan?
Geciken namazim,hardasan?


GECİKƏN NAMAZ...ÇOX İBRƏTLİK.PAYLAŞAQ HAMI OXUSUN!

Qiyamət qopmuşdu... Qeyri-adi izdiham var idi. Hər
yer insanlarla dolu idi. Sanki ürəyi yerindən
çıxacaqdı. Soyuq tər basmışdı. Dünyada ikən,
Qiyamət, sorgu-sual, tərəzi haqqında çox şey
eşitmişdi. Ancaq Məhşər meydanındakı ürpərti,
qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini
heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini
gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün
çağırılırdı. Növbə ona gəlib çatmışdı. Onun adını
çəkmişdilər.
Təşviş içində saga-sola baxır, dodaqları titrəyə-
titrəyə: Mənimi çağırdınız?-deyir. İzdiham birdən
aralanır və qarşısında bir yol açılır. İki nəfər
qollarına girir. Bunlar Məhşər meydanının
xidmətçiləri idi. İzdihamın arasından çaşqın
baxışlarla keçir… Meydanın mərkəzinə gəlirlər.
Xidmətçilər yanından uzaqlaşırlar. Başı önünə əyilir.
Bütün həyatı gözlərinin qabağından gəlib keçir...
Öz-özünə:-Şükürlər olsun, gözlərimi açdığım evdə
hər zaman dininə ən gözəl şəkildə əməl etməyə
çalışan insanları gördüm. Atam ibadətlərinə
həddindən artıq həssas yanaşır, dostlarıyla dini
söhbətlər təşkil edir, malını İslam yolunda
xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman
onlar kimi oldum. İnsanlığa xidmət etməyə
çalışdım, onlara ALLAHdan danışdım, Namazımı
qıldım, Orucumu tutdum…Bunları düşünərkən
yanaqlarından göz yaşları süzülürdü. Öz-özünə:-
Rəbbimi sevirəm deyirdi. Amma bir tərəfdən də:-
Onun üçün nə etsəm yenə azdır, bu mənim Cənnəti
qazanmağıma kifayət etməz. Yeganə ümidim
ALLAHIN bağışlaması və rəhmətidir-deyə
düşünürdü…. Hesab çox uzun çəkdi. Qorxudan
muncuq kimi tər tökür, titrəyirdi. Gözləri tərəzinin
millərində qalmışdı. Nəticənin nə olacağını
gözləyirdi. Nəhayət oradan onu çıxardaraq əvvəl
olduğu yerə gətirirlər. Hökm veriləcəkdi. Öncə adı
oxundu.
Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini
yumub həyəcan içində hökmü gözləyirdi. Birdən
Məhşərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları
səhvmi eşidirdi nədir? Onun adı Cəhənnəmliklər
siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı.
Ola bilməz!-qışqırdı...
Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq:-
Mən necə Cəhənnəmlik ola bilərəm? Həyatım
boyunca ALLAH yolunda qulluq edən insanlarla bir
yerdə olmuşam. Onlarla bərabər insanlara Rəbbimi
tanıtmağa çalışmışam-deyirdi. Göz yaşları titrəyən
vücudunu islatmışdı. Məhşər xidmətçiləri
qollarından tutub izdihamı yararaq onu alovları
göylərə yüksələn Cəhənnəmə tərəf aparmağa
başladılar…
Xidmətçilərin qolları arasında çırpınırdı… Bir
qurtuluş yox idimi? Bir yardım edən
olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq
yalvarışla qarışıq kəlmələr süzülməyə başladı…
”Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç
biri xilas etməyəcəkmi?”….
Rəsulullah (s.a.v):”Birinizin qapısının ağzından bir
çay axsa və o çayda gündə 5 dəfə yuyunsanız
üzərinizdə heç kir qalarmı? Namaz da belədir.
ALLAH onun sayəsində bütün günahları silər.
”buyurmamışdımı?
Son dəfə “Namazlarım damı mənim dadıma
çatmayacaq?”-deyə düşündü və “Namazlarım!”de
yə hıçqırdı… Xidmətçilər isə onu dibi görünməyən
Cəhənnəm çuxurunun başına gətirdilər. Alovların
istisi üzünü qarsmağa başlamışdı. Sonuncu dəfə
dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu.
Ümidini tamam itirmişdi. Qollarını sıxan əllərin
boşaldığını hiss elədi. Qolları yanına düşdü.
Xidmətçilərdən biri onu arxadan möhkəm bir
şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir
anda uçurumun dibinə yumarlandı. Alovların
içərisinə doğru sürətlə düşürdü. Bir neçə metr
düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss
etdi. Başını qaldırıb baxdı, onu xilas edən uzun və
ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya
doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən
sonra soruşdu:-Siz kimsiniz?-Mən sənin
Namazlarınam. -Bəs niyə bu qədər gec gəldin məni
xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı
alovların içinə düşəm. Qoca acı-acı gülümsünərək
başını yellədi:-Sən məni həmişə axıra saxlayırdın
xatırladınmı?...
Gözlərini açdığı zaman yatağında idi. Qan-tər
basmışdı. Dərindən bir ah çəkdi və ”Əlhəmdülillah,
çox şükür ki, yuxu imiş”-dedi. Sonra çöldən gələn
səsə qulaq asdı. Gecə Azanı oxunurdu. Ox kimi
yerindən qalxib namazini qıldi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.