Gözümüzün nuru övladlarımız!

23 Ekim 2014
2 144
0
Gözümüzün nuru övladlarımız!
Gözümüzün nuru övladlarımız!

Qurani Kərimdə uşaqlar.Uşaqlar Qurani Kərimdə müxtəlif mənalarla bir yerdə işlədilir.

"Bər-bəzək" الزينة"

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!"Kəhf, 46.

Yəni bu nemət Bəxş Edənə şükrü gərəkdirən bir xeyirdir.

---------------

"İstək, arzu" الشهوة"

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır."Ali İmran, 14

Onlar (övladlar) nəfsin istədiyi və güclü şəkildə arzuladığıdır.Bəziləri üçün isə onlar narahatlıq, həyacan və kədər səbəbi ola bilər."

--------------

"İmtahan, fitnə" الفتنة

"Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!"Təğabun, 15

Yəni insanlar arasında elələri var ki övladar onlar üçün sinaq, imtahan, imanın sınanmasıdır. (Övladları onlara) Zülm edir və ya onların Allaha itaətinə mane olurlar.


----------------

"Düşmən" العدو"

Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır."Təğabun, 14

Onlar düşmənə çevrilirlər.Onlar valideynlərin Allaha üsyanına və günaha düşmələrinə səbəb olurlar.


-----------

Övladları tərbiyədə niyyəti daima təzələmək, Allaha itaətkar qul , dininə xeyir verən alim, Allahın yolunda çalışanlar olma yönündə çalışqan olmaq lazımdır.

Heç vaxt düşüncələrinə "Mən onları qocalan zaman mənə yardımçı olsunla deyə tərbiyə edirəm" fikrini buraxma. Əksinə əgər sən dərdini Axirət dərdi etsən o zaman Allah özü elə edər ki dünya işlərində səhmanda olar.

Analıq (hamiləlik, yedizdirmə və bu işlərdən doğan yorğunluq) yükünü daşıyarkən bil ki bu Allahdan sənin üçün istənilən bir xeyirdir.Ona görədə onları (övladları) buna görə qınama.Hətta onlara öz vəziyyətinin çətinliyini xatirlatmaq məqsədi ilə etsən belə heç vaxt qınağa, minnətə yol vermə.

Onlarla yaşa, onlar üçün çalış amma bunu onların razılığı üçün etmə.Sənin nəfsinin səni üzərində haqqı var.İmkan vermə ki, onlar səni ibadətdən və bu ibadəti yetirmək üçün sağlamlığını qorumaqdan yayındırsınlar.

Onları sevgi ilə, sevərək tərbiyə et.Ən gözəl tərbiyə isə həlim söz, zərif qucaqlama və qayğıkeş sığalla olur.

Öz övladlarının məsumluğunu qəlbindəki xəstəliklər, insanlara etdiyin həsəd, bir övlad qarşısında digərini üstün görməklə və bunu açıq bəyan etməklə öldürmə.

Onları sev lakin bu sevgini onları sənə Bəxş Edəndən uca etmə.Onların dünyaları və yeməklərindən çox dinləri və ibadətləri haqqında çalış.

Qoy sənin dilin onlar üçün dua etməkdən yorulmasın.Onların dünya və axirətləri haqqında daima dua et.Valideynin duası övlad üçün dəstək və dayaqdır. Əsasənda duaların rədd edilməyəcəyi vəd edilən zamanlarda bunu çox-çox et.

Onlara qəlblərinə uşaqlıqlarından Uca Allaha , Onun Rəsulu Muhamməd sallallahu aleyhi və səlləmə və həmçini onun səhabələrinə sevgi toxumu səp.


“Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!" (Furqan,74) Amin !

----------

-Tərcümə:Gözümüzün Nuru Övladlarımiz.
EdiT By:...Doşαη...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.