İftarı necə açmaq lazımdır?
Feat.Az muselmanlar.com-a istinadən bildirir ki, Salman ibn Amir Əd-Dabbidən (r. a.) nəql edildiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurub:
"Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir".1
Ənəs (r. a.) deyib ki, peyğəmbər (s. a. v.) axşam namazından (namazı qılmamışdan) əvvəl bir neçə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma tapmasa, quru bir xurmayla iftar edərdi. Quru xurma da tapmasa, bir neçə qurtum su içib iftar edərdi.2
Burada bir məsələyə fikir vermək lazımdır ki, orucu mütləq xurma ilə açmaq lazım deyil. Belə bir şərt yoxdur və bu, sadəcə olaraq bir tövsiyədir.