Din insanin Ruhunu sakitləşdirir

16 Kasım 2014
1 332
0
Din insanin Ruhunu sakitləşdirir
Din insanin Ruhunu sakitləşdirir


Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. İnsan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir. Xoşbəxtlik insanın öz əlindədir. Əgər ailə quran şəxs bu müqəddəs ocağın bünövrəsini möhkəm qoyarsa, cəmiyyətdə də birlik möhkəm olacaq və inşallah gələcəkdə o insan ciddi problemlərlə qarşılaşmayacaqdır. Ailə qurarkən yalnız hisslərə deyil, sevgi başda olmaqla, hörmətə, mədəniyyətə, anlayış və vəfadarlığa da önəm verilməlidir. Əks təqdirdə evlilər arasındakı zəncirlər qırılar və ya bu ailənin yaşayış tərzi ibtidai icma qurluşundakı qəbilələrdən heç nə ilə fərqlənməz. Odur ki, ailə quran şəxslər ilk növbədə öz psixoloji uyğunlaşmalarının qayğısına qalmalıdırlar. Psixoloji uyğunlaşma isə hər şeydən əvvəl müxtəlif tərbiyə almış və müxtəlif mikromühitlərdə formalaşmış xarakterlərin uzlaşmasıdır. Unutmamalıyıq ki, söz-söhbətsiz, problemsiz ailə həyatı yoxdur. Ən xoşbəxt ailələrdə belə istər maddi, istər mənəvi çətinliklər, bəzi anlaşılmazlıqlar olub. Sağlam düşüncəli şəxs bu kimi çətinliklər qarşısında aciz qalmamalı, xoşbəxt gələcəyi üçün mübarizə aparmalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.