Sədəqə Haqqında
Sədəqə vermək insanın imanının təmiz olduğuna dəlalət edir. Sədəqə verən özünə əziz olan bir şeyi ona daha əziz olan Allahın yolunda sərf etmiş olur.
Mal-dövlətin mahiyyəti
Abdullah ibn əş-Şixxir rəvayət edir ki, mən Peyğəmbərin yanına gəldikdə o, "ət-Təkasur" surəsini oxuyurdu. Məni gördükdə dedi: “Adəm övladı "mal-dövlətim, mal-dövlətim" deyir. Ey Adəm oğlu! Məgər sənin mal-dövlətin yalnız yeyib həzm elədiyindən, geyib köhnəltdiyindən və sədəqə verdiyindən ibarət deyilmi?!” (Səhih Muslim).
Əsil yoxsul kimdir?
Peyğəmbər demişdir: “İnsanlar arasında gəzib-dolaşıb bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil”. Səhabələr soruşdular: “Bəs yoxsul kimdir, ya Rəsulallah?” Peyğəmbər dedi: “O adam ki, onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır olduğunu heç kəsə bildirməz və buna görə də ona sədəqə verilməz, özü də insanlardan heç bir şey istəməz” (Səhih Muslim).
Hər bir yaxşılıq sədəqədir
Peyğəmbər – sallallahu aleyhi və səlləm - demişdir: “Varlıya və ya yoxsula etdiyin hər bir yaxşılıq sədəqədir”.
Həmçinin demişdir: “Kişinin öz qadınına verdiyi hər bir şey sədəqədir”.
Hansı halda verilən sədəqənin savabı daha böyükdür?
Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəmbər buyurdu: “Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varlanacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də “filankəsə bu qədər, filankəsə də bu qədər verin” deyə vəsiyyət edəcəyin günə saxlama. Çünki həmin vaxt mal-dövlətin başqalarına miras qalacaq”.(əl-Buxari, 1419).
Ramazan ayında verilən sədəqə
İbn Abbas rəvayət edir: “Allahın elçisi insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbər ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı.” (əl-Buxari, 6)
Ən üstün sədəqə hansıdır?
Peyğəmbər demişdir: “Su sədəqəsindən mükafatı daha böyük olan sədəqə yoxdur”.
Qohuma verilən sədəqənin mükafatı
Allah Elçisi demişdir: “Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələrini möhkəmlətmək savabı”. (ət-Tirmizi, 658).
Gizli olaraq verilən sədəqənin fəziləti
Peyğəmbər demişdir: “Gizli olaraq verilən sədəqə Allahın qəzəbini söndürür, qohumluq əlaqələrini möhkəmlətmək ömrü artırır və insanlara yaxşılıq etmək isə pis aqibətdən qoruyur”.
Ardı-arası kəsilməyən sədəqə
Peyğəmbər demişdir: “İnsan öldükdə onun bütün əməlləri dayanır. Yalnız üç şeydən başqa: “Ardı-arası kəsilməyən sədəqə, fayda verən elm və əməlisaleh övlad” (Səhih Muslim).
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Qulun yeddi əməli vardır ki, ölümündən sonra qəbirdə ikən ona yazılmağa davam edir. Bunlar: faydalı elm öyrətmək, su kanalı çəkdirmək, quyu qazmaq, xurma ağacı əkmək, məscid tikdirmək, Quranı (çap etdirərək) miras qoymaq və ölümündən sonra onun üçün bağışlanma diləyən övlad qoyub getmək”.
Allah Elçisi demişdir: “Hər hansı bir müsəlman bir ağac əkərsə, ondan yeyilən hər hansı bir şey onun üçün sədəqə olar. Ondan oğurlanan bir şey onun üçün sədəqə olar. Vəhşi heyvanların ondan yediyi onun üçün sədəqə olar. Quşun ondan yediyi onun üçün sədəqə olar. Ondan kimsə nə isə əskiltsə, bu onun üçün sədəqə olar”. (Muslim, 1552).
Sədəqə verməyə tələsin
Busr ibn Cəhhaş əl-Quraşi demişdir: “Peyğəmbər ovcunun içinə tüpürüb şəhadət barmağını onun üzərinə qoydu və dedi: “Uca Allah buyurur: “Ey Adəm oğlu! Sən Məni necə aciz saya bilərsən ki, Mən səni bunun bənzərindən yaratdım”. Allah Elçisi hülqumunu göstərərək buyurdu: “Ruhun bura çatdıqda sən: “Sədəqə verəcəyəm”- deyirsən, o zaman sədəqə verməyin nə faydası vardır?!” (İbn Macə, 2707).
İnsana Allahın yolunda xərclədiyi fayda verəcək
Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər demişdir: “Hansı birinizə varisinin malı öz malından daha sevimlidir?” Əshabələr dedilər: “Ya Rəsulullah, aramızda elə bir kimsə yoxdur ki, öz malı ona varisinin malından daha sevimli olmasın.” Peyğəmbər buyurdu: “Həqiqətən, hər kəsin qabaqcadan həyatda ikən xərclədiyi onun öz malı, sonraya saxladığı isə varisinin malıdır.” (əl-Buxari, 6442).
Hər kəs Allah yolunda xərclədiyinin əvəzini Qiyamət günü artıqlaması ilə alacaq, bu mal-dövlət axırda yenə onun özünə qismət olacaq, yığıb saxladığı isə gec-tez varislərə nəsib olacaqdır. Aişə demişdir: “Bir dəfə onlar bir qoç kəsib Allah yolunda payladılar. Sonra Peyğəmbər gəlib soruşdu: “Özümüzə nə qaldı?” Aişə: “Onun bir kürəyi qaldı?”- deyə cavab verdi. Onda Peyğəmbər dedi: “Xeyr, bizə payladığmız qaldı”. (Səhih Sunən ət-Tirmizi, 2470).
Sədəqənin mükafatı
Allahın Elçisi demişdir: “Həqiqətən, sədəqə qəbrin hərarətini söndürür. Qiyamət günü mömin öz sədəqəsinin kölgəsi altında kölgələnəcək”.
Həmçinin demişdir: “Kim Allah yolunda xərcləyərsə, ona xərclədiyinin yeddi yüz qat savabı verilər”. (ət-Tirmizi, 1625).

R.T.♛Fidawka♛