Günahın təkrarlamağın nəticəsi

03 Aralık 2014
1 428
0
Günahın təkrarlamağın nəticəsi
Günahın təkrarlamağın nəticəsi


Günahı təkrarlamağın nəticəsi

Günahı təkrar etməklə insanın küfr və dinsizlik sərhədinə yaxınlaşması mümkündür. Allah-təala buyurur: "Sonra de: Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" («Rum»-10) Niyə görə günahı təkrar etməyin ardınca belə bir aqibət gəlir?Çünki günahı təkrar etməklə insan qəlbi qaralır. Günah öldürücü bir zəhərdir, əgər qarşısı alınmasa, insanın daxili orqanlarını zəhərləyib onu məhv edər.İmam Sadiq(ə) buyurur: "Atam İmam Baqir(ə) söylədi: "Qəlb üçün günahdan çox ziyanverici bir şey yoxdur. Elə ki qəlb günahla qarışıb onunla əlbəyaxa olur, nəhayət, günah qəlbə üstün gələrək onu alt-üst edir."Yəni qəlb əvvəlki vəziyyətinə görə mələkuti (insani) və üzü Allaha tərəfdir, lakin günah nəticəsində onun üzü dönüb nasuti (heyvani) və şeytani olur. İmam Sadiq(ə) buyurur: "Günah insanı ibadət və təhəccüddən (gecə ibadətləri) məhrum edib Allah ilə münacat etməyin ləzzətini ondan alır. Günahın təsiri iti bıçaqdan da təsirlidir"Nəraqi söyləmişdir: "Məbada bir şəxs belə düşünsün ki, günah onun ətəyindən yapışmaz. Bu, mümkün olan iş deyil. Hətta peyğəmbərlər fəzilətli əməlləri tərk etməkdən yaxa qurtara bilmədilər, o ki qaldı başqaları. Sözsüz ki, Allah-təala öz peyğəmbər və övliyalarını istədiyindən onları elə bu dünyada ayıldır ki, axirətdə asudə olsunlar, amma kafir və fasiqlər bu nemətdən məhrumdurlar. Onlara o qədər möhlət verilər ki, öz günahlarını artırıb daha çox əzaba layiq olarlar.”İmam Sadiq(ə)-dən belə nəql olunur: "Əgər Allah-təala bir bəndə üçün yaxşılıq istəyərsə,onun günahlarının cəzasını bu dünyada qabağa salar. Yox əgər onun pisliyini istəyərsə, ona bir az da möhlət verər ki, Qiyamət günü onu möhkəm cəzalandırsın". Bu kəlam eyni ilə «Ali-İmran» surəsinin 178-ci ayəsinin məzmunudur: "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!" "Islamda əxlaq-1" kitabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.