Allah`ın Əl-Quddüs isminin mənası nədir?

06 Aralık 2014
2 042
0
Allah`ın Əl-Quddüs isminin mənası nədir?
Allah`ın Əl-Quddüs isminin mənası nədir?

Allah Quddüs'dür. Bütün qüsur və nöqsanlıqlardan uzaqdır. Acizlikdən, fəqirlikdən, zəiflikdən və bütün əskikliklərdən münəzzəhdir. Bu ismin digər bir mənası isə bütün yaratdıqlarını maddi və mənəvi kirlərdən təmizləyəndir.
Bəli, gözəllik gözəldən gələr, mükəmməllik kamaldan gələr, ehsan comərdlikdən və sərvət zənginlikdən gələr.
Bu âləm bütün gözəlliyiylə Cənab-ı Haqq'ın gözəlliyinə, qüsursuzluğuyla O`nun sonsuz elminə, icadı və intizamlı hərəkətləriylə O`nun bənzərsiz qüdrətinə, xəzinələriylə nəhayətsiz sərvətinə, ehsanlarıyla O`nun sonsuz comərdliyinə işarə edər. Yəni sözün özü: Kâinat bütün gözəlliyiylə və mükəmməlliyilə O`nun kamalına və Qüddüs isminə bir aynadır.
İndi də Qüddüs adının digər bir cilvəsi olan, "Yaratdıqlarını maddi və mənəvi kirlərdən təmizləyən" ​​mənasına baxacağıq!
Bir küçə görsəniz ki, bir süpürgə tərəfindən təmizlənir və sizlər süpürgəni tutan əli görməsəniz. Görəsən bütün dünya toplansa, bu küçəni məhz süpürgənin özünün təmizlədiyini iddia etsə, inanarsınızmı? Əlbəttə xeyr! Hətta bu iddiaya gülərsiniz​​. Çünki:
Küçəni süpürmək üçün həyat sahibi olmaq lazımdır. Həyatı olmayan süpürə bilməz. Halbuki süpürgənin həyatı yoxdur.
Həm süpürənin qüvvəti olmalı. Halbuki süpürgənin qüvvəti də yoxdur.
Həm süpürənin iradəsi olmalı. Təmizləməyi təmizləməməyə dəyişməli. Halbuki süpürgənin iradəsi də yoxdur.
Və bu sifətlərlə birlikdə elmi olmalı, süpürməyi bilməli.
Mərhəməti olmalı. Küçə sakinlərinə mərhəmət etməli.
Hikməti olmalı, faydanı anlaya bilməli. Və daha bir çox vəsfi olmalıdır.
Halbuki bu sifətlərin heç biri süpürgədə yoxdur. Məhz bundan görə, süpürgəni tutan əli görməsək də bu hikmətli fəaliyyəti, bu sifətləri daşıyan bir failə verərik. O əli görə bilməməyimiz yoxluğuna dəlalət etməz, əksinə bu hikmətli fəaliyyət onun varlığına dəlalət edər.
Görəsən kiçicik bir küçəni təmizləmək belə süpürgəyə isnad edilə bilməzsə, bu böyük kainatı və kainatın küçələrindən biri olan Dünya'nı təmizləmək, necə olar da süpürgə hökmündəki səbəblərə həvalə edilə bilər.
Bəli, bu kâinat və bu Dünya, daima işləyən böyük bir fabrik və hər vaxt dollar-boşalar bir ev və bir müsafirxanədir. Halbuki belə işlək fabriklər, evlər və müsafirxanələr tullantı və zibillərlə çox kirlənir. Əgər çox diqqətli baxılmazsa və təmizlənməzsə içində dayanılmaz, insan onda boğular. Halbuki bu kâinat fabriki və dünya müsafirxanəsi o dərəcə pak, təmiz və kirsizdir ki lüzumsuz bir şey, mənfətsiz bir maddə, təsadüfi bir kir tapılmaz. Tapılsa da tez bir şəkildə təmizlənər. Demək, bu fabrikə baxan zat çox yaxşı baxır. Və bu fabrikin elə bir sahibi var ki, o nəhəng fabriki və bu böyük sarayı, kiçik bir otaq kimi süpürdər, təmizləyər.
Bir insan bir ay yuyunmazsa, kiçik otağını süpürməzsə çox kirlənər, pislənər. Demək bu âləm sarayındakı paklıq və təmizlik, hikmətli və diqqətli bir təmizlikdən irəli gəlir. Əgər o daimi təmizlik və diqqətli baxmaq olmasaydı, bir ildə bütün heyvanların yüz min millətləri yer üzündə boğulacaqdılar. Və kosmosdakı ulduzların tullantıları ölümə səbəb olacaq, dağlar böyüklüyündəki daşları başımıza yağdıracaqdılar ...
Halbuki bu âləm Quddus isminin təcəllisi ilə yuyulmuş və təmizliyiylə O`nun Qüddüs isminə ayna olmuşdur.
Bax dənizlər! Hər gün minlərlə balıq ölür, amma heç bir cənazə görə bilməzsiniz.
Bax meşələr! İçlərində yüz minlərlə heyvan yaşayır, hər gün minlərləsi doğular və minlərləsi ölər, amma çirklilik əsəri yoxdur.
Və məxluqların özlərini necə təmizlədiklərinə bax! Qüddüs adının bir cilvəsini gör!
Və indi də Qüddüs isminin əsgərləri və məmurları olan hayvanlara bax! Kim onlara təmizlik etməyi öyrətdi? Və kimin əmri ilə çalışırlar?
Görəsən yaradılış qayəmiz və vəzifəmiz Allah'ı tanımaq və O`nu ad və sifətləriylə bilmək olmasına baxmayaraq, heç buludlardan endirilən yağış damlaları yer üzünün yuyunduğunu gördüyümüzdə Allah'ı Qüddüs ismiylə yad etdik mi?
Yağışların yağması Quddüs isminin bir cilvəsi olduğu kimi, küləklərin əsməsi də bu ismin bir təcəllisidir. Bu sayədə havadakı pis qoxular və zəmin üzü təmizlənər.
Və göz qapaqları gözləri təmizləməklə bu ada aynadır. Və biz hər nəfəs alıb verərkən qanımızın təmizlənməsiylə Qüddüs isminin cilvəsinə hər an məzhər olarıq.
Və bu ismin təcəllisi sayəsində qapqara torpaqdan və qupquru budaqlardan çıxardılan tərtəmiz tərəvəz, meyvə və çiçəklərə bax! Və sonra, Ya Quddüs! Ya Quddüs! Ya Quddüs! deyərək Yaradanını təsbih et!
Ya Rəbbi Sən Quddüs`sən. Bizləri maddi və mənəvi bütün kirlərdən təmizlə. Sənin Quddüs isminə ayna ola bilməmiz üçün könül aynamızı təmizlə, bizləri pak və təmiz eylə. Beynimizi, düşüncələrimizi, ağlımızı, zərrələrimizi, hüceyrələrimizi,hislərimizi və arzularımızı bulaşdığı kirlərdən təmizlə və onları pak saxla.Amin...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.