Dağlar mismar kimi yer kürəsini saxlayır

22 Ağustos 2014
1 787
0
Dağlar mismar kimi yer kürəsini saxlayır
Dağlar mismar kimi yer kürəsini saxlayır

Dağlar mismar kimi yer kürəsini saxlayır
Mövla Əliyyibni Əbu Talib əleyhis-salam buyurur: "Dağlar mıx kimi yer kürəsini saxlayır. Əgər dağlar olmasaydı yer kürəsi parça-parça olardı.
Yer kürəsi günəş ətrafında olan hərəkətində hər saniyədə dörd fərsəx (30 km) yol gedir. Əgər dağlar olmasaydı belə bir sürətlə hərəkət edən yer kürəsi parça-parça olar, torpağı fəzaya dağılar və məhv olardı.
Yer kürəsinin öz ətrafında fırlanması da çox təəccüblüdür. Bunların hamısını, yer kürəsinin müxtəlif hərəkətləri ilə yanaşı nəzərə alsaq görərik ki, dağlar olmasaydı yer kürəsində heç bir əmin-amanlıq, aramlıq olmazdı.
"Dağ”, "Tur” kəlməsinin mənalarından biridir və biz bunu eşidəndə bütün dağları nəzərdə tuta bilərik. Tur kəlməsinin başqa bir mənası yalnız Həzrəti Musa əleyhis-salamın ibadət üçün getdiyi "Tur” dağına aiddir. Bu dağ Şamla (indiki Suriya) Mədyən arasında yerləşir. Bəzi müfəssirlər buyururlar ki, "Tur” kəlməsi böyük dağ deməkdir. Bəziləri isə buyurur ki, "Tur” "tarə” kəlməsindən alınıbdır.


Kitabın adı: Quran və qiyamət
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.