Üç elçi göndərilmiş şəhər sakinlərinin əhvalatı.

15 Aralık 2014
1 263
0
Üç elçi göndərilmiş şəhər sakinlərinin əhvalatı.
Üç elçi göndərilmiş şəhər sakinlərinin əhvalatı.

Allah təala buyurur: "Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik.
Elçilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik"– dedilər.
Onlar dedilər: "Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız".
Elçilər dedilər: "Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir".
Onlar dedilər: "Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır".
Elçilər dedilər: "Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz".
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: "Ay camaat! Elçilərin ardınca gedin! Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin! Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim? Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram. Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!"
Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: "Cənnətə daxil ol!"– deyildi.
O dedi: "Kaş xalqım biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi".
Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər. Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi? Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər
" (Ya sin, 13-32).


EdiT:TinkerbeLL...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.