Həccə kimlər gedir?

16 Aralık 2014
1 041
0
Həccə kimlər gedir?
Həccə kimlər gedir?



"Olaylar" qəzeti yazır ki, bu ziyarət indi dəb, reklam xatirinə edilən bir “ziyarətə” çevrilib. Əvvəllər təkəm insanlara ömürlərində bir dəfə qismət olan bu səfər, indi puluna minnəti olan hər kəs üçün istədiyi vaxt gedə biləcəyi məkana çevrilib. Bu isə artıq ziyarət deyil, səyahətdir.

Hacıların və həci xanımların sayları durmadan artır. Onların sayı ilə ölkədəki dindarları tutuşdurduqda nədənsə, rəqəmlər bir-birlərini təkzib edir. Biz onların mövcudluğunun fərqinə məscidlərdə qrup şəklində oturduqlarında və rahat hərəkət edərkən görürük. Bəli, bu, belədir acı olsa da. Məscid onların ata malıymış kimi hərəkət etdikləri, bir-birlərinə həcc sayılarını sadalamaqla rişxənd verdikləri yerə çevrilib (söhbət dindar pərdəsi arxasında gizlənənlərdən gedir). Deyəcəksiz bəs həccə getməyənlər neyləyirlər? Onlar sakitcə olanlara baxır, bəzən isə bu cür vəziyyətlə qarşılaşanlar dindən uzaqlaşırlar. Dinə yeni iman gətirmiş birinin bunları gördükdən sonra dindən uzaqlaşması normal haldır. Ciblərinin gücünə hacı olmuşlar, məsciddə yuxarı başda oturur, ziyarət zamanı gördüyü yerlərdən, başına gələn maraqlı əhvalatlardan, xarici vətəndaşların orada qurduqları çadırlardan dəm vururlar. Onlar üçün bu unudulmaz an sayılsa da, dinləyənlərdə pullu bir şəxsin xarici ölkəyə səfərinin təəssüratını yaradır. Bəzi “Hacılar” ziyarət adı ilə işbazlığa gedirlər. Oradan müxtəlif suvenir və ya əşyalar gətirirərək insanlara məscidlərdə satırlar. Hətta əvvəlcədən pulunu verənlər də olur. Kim pulunu verirsə, Molla Nəsrəddin deməli “sən çaldın”, xahiş edənlərin istəkləri isə qalır hacının gələn səfərinə (üzr istəyirik ziyarətinə).

Onların (hacı olmuşların) öz qrupları var ki, daim bir yerdə oturur, məscidə əməlli-başlı ağalıq edirlər. Yəqin ki, aranızda həcc vaxtlarının yetişdiyi məqamlardakı alış-verişdən xəbərləri olan və görənləriniz də vardır. Hər il getməyi vərdiş halına gətirənlər, pulu olmadığı üçün gedə bilməyənlərə yardım etmirlər. Axı onları da qınanmalı deyil, hər necə və hansı yolla olursa olsun qazanıb niyə başqasına verməlidir?! Müsahiblərimiz, hacı adam əməllərində düzgün olmalıdır, hətta hacı olduğunu gizlətməli, insanlara əl tutmalıdır desələr də, reallıqlarla uyğun gəlmir. Yardım etmələri fikri nədənsə məndə gülünc hissi doğurdu. Elə bu adam yetim-yesirə , yazığa əl tutacaqdısa daha bunu niyə ziyarətdən gəldikdən sonra etsin?! Yaxşılıq etmək istəyən hacı və ya həci olmazdan da əvvəl edə bilərdi.

Mənim də təəccübümü gizlədə bilmədiyim bir söz eşitdim ki, onu sizlərlə bölüşmək istəyirəm. Hacıların sən demə, könüllərindən “halal Hacı pivəsi” keçirmiş. Deməli, məsələ belədir, sosiska və kolbasanı halallaşdırdıqdan sonra (Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun bunun mümkün olmadığını bildirməsinə baxmayaraq) da pivəni hallaşdırmaq qərarına gəliblər. Maraqlı odur ki, pivəni necə və hansı üsulla halallaşdıracaqlar və ya respondentlərimizdən birinin dili ilə desək,” şərtdir ki, pivə içsinlər su var, şirə var gedib onları içsinlər“.

Şəhər sakinlərinin fikirləri Hacı olan şəxs necə olmalıdır sualımıza demək olar ki, bütün cavablar eyni oldu. Əksər cavab belə idi: ”Həccə imkanı və pulu olanlar gedirlər. Görün necə vəziyyət yaranıb ki, müqəddəs ziyarətgahı da pulla alırlar. Sonra da gəlib özlərini reklam edirlər. İnsan gərək yaxşlıq edən də bir əlin verdiyini , o biri əl bilməsin. Yox , bunlar başda özləri oturub, aləmə yayırlar ki., yaxşlıq edirlər. Çoxu dəb , nüfuz xatirinə gedir.Gedib guya şeytana daş atırlar , elə şeytanın ən böyüyü onlardır. Elə onların özlərinə daş atan lazımdır. Biz demirik bu sözlər hamıya aiddir. Hacı adam gərək sadə ola. Onun hacı olduğunu gərək insanlar özləri öyrənsinlər. Yoxsa bunlar car çəkirlər”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.