Allahım! bizə həmişə xeyirli işlər etməyi nəsib et..

16 Aralık 2014
1 773
0
Allahım! bizə həmişə xeyirli işlər etməyi nəsib et..
Allahım! bizə həmişə xeyirli işlər etməyi nəsib et..




"İnanıb xeyirli işlər edənləri, altından çaylar axan cənnətlərə göndərəcəyik.
Sonsuza qədər qalacaqlar orda. Allahın vədidir bu.
Söz söyləmə baxımından Allahdan daha doğru və tutarlı kim ola bilər?" (Nisa Surəsi 122)

Bizə imanın ən üst səviyyəsini nəsib et Allahım.
Ağılımız yanılmasın, dilimiz dolaşmasın...

Tikdiyimiz ağacın kölgəsində oturanların da xeyir-duasını alaq...

Yetişdirdiyimiz meyvəni yeyənin də...

Düzəltdiyimiz yollardan keçən insanlar xeyir-duası etdikcə xeyr dəftərimizə yazılsın...

Və yazılan bu gözəlliklər Sən tərəfindən ən gözəl şəkildə mükafatlandırılsın...

Bu mükafat əvvəl razılığın olsun sevimli Allahım, sonra da cənnətin...

Sudan qurtardığımız bir qarışqa...

Qanadını baldan təmizləyib, uçmasını təmin etdiyimiz bir kəpənək...

Qırılan ayağını müalicə etdirdiyimiz bir it, mərhəmətimizin dəlili olsun.

Sən mərhəmətlilərə mərhəmət edərsən. İnanıb xeyirli işlər
edənləri cənnətinə qoyacağına və orada sonsuz qalacaqlarına söz verdin.

Şübhəsiz sözlərin ən etibarlısı Sənindir...
Allahım! bizə həmişə xeyirli işlər etməyi nəsib et..
Hər söz sahibi vədindən dönə bilər amma Sən əsla...

Bizi cəhənnəminlə heç tanış etmədən, ona yaxınlaşdırmadan
cənnətinə qoy və orada sonsuz olaraq qalmağı nəsib et...

Amin!...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.