Qiyamətin əlamətləri.

16 Aralık 2014
1 017
0
Qiyamətin əlamətləri.
Qiyamətin əlamətləri.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Amalı eyni olan iki böyük ordu bir-birilə vuruşmayınca qiyamət qopmayacaq. Onların arasında bö­­yük bir döyüş olacaqdır. Nəhayət, otuza yaxın yalançı dəccal meydana çı­xa­caq və onlar­dan hər biri Allahın rəsulu olduğunu iddia edəcəkdir. Habelə, (alimlərin vəfat etməsi ilə dini) elm ara­dan qaldırılmayınca, zəlzələlər çoxalmayınca, zaman yaxınlaşma­yınca (bərəkəti azalmayınca), fitnələr baş qaldırmayın­ca, hərc – yəni qətl hadisələri artmayınca, əli­nizdə olan var-dövlət art­mayınca (qiya­mət qopmayacaq). İş o yerə gəlib ça­ta­­caq ki, mal sahibi zəkatını verməyə adam axtaracaq, hətta onu bir kimsəyə təklif etdikdə həmin adam: “Mənim zəkata ehtiyacım yoxdur”– deyəcəkdir.
Həmçinin, insanlar hündür binalar tikməkdə bir-biriləri ilə yarışmayınca, adam biri­sinin qəbrinin yanından keçdikdə: “Kaş mən onun yerində olay­dım” deməyincə, günəş batdığı yerdən doğmayınca(qiya­mət qopmayacaq). Günəş (məğribdən) doğduğu zaman insanlar onu görəcək, yəni hamısı (bu hə­qiqətə) inanacaq, (lakin artıq iş işdən keçmiş olacaq).
Həmin vaxt: “....əv­vəl­cə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cəkdir” (əl-Ənam, 158). Qiyamət qopacağı zaman parçalarını qarşılarına sərmiş iki kişi nə alış-verişlərini tamamlamağa, nə də o parçanı bü­küb yığışdırmağa imkan tapmaya­caqlar. Qiyamət qopacağı zaman də­və­si­nin südünü sağıb aparan adam o süddən içməyə fürsət tapmayacaq. Qi­ya­mət qopacağı zaman hovuzunu suvayan adama ondan su içmək nəsib ol­ma­ya­caq. Qiyamət qopa­cağı zaman loxmasını ağzına aparan adam onu yeməyə ma­cal tapmayacaq.” (əl-Buxari, 7121)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.