"Ərbəin" günü

17 Aralık 2014
4 400
0
"Ərbəin" günü
"Ərbəin" günü




Bu gün Bakı məscidlərində "Ərbəin" günü ilə bağlı müxtəlif mərasimlər keçiriləcək.

Mərasimlər paytaxtın "Hüseyniyyə", "Məşhədi Dadaş", "İmam Hüseyn", "Xanım Zəhra", "Hacı Cavad", "Hacı Soltanəli", "Qasımbəy" o cümlədən Bakı kəndlərinin əksər məscidlərində keçiriləcək. Mərasimlərdə "Ərbəin" günü ilə bağlı məlumatlar veriləcək.

Qeyd edək ki, Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmaların əksəriyyəti matəm günü kimi qeyd edirlər.

"Ərbəin" günü

Ərbəin - yəni şəhidlərin sərvəri olan İmam Hüseyn (ə)-ın şəhadətinin 40-cı günü.

Nə üçün təkcə imam Hüseyn (ə) üçün ərbəin günü təyin olunmuşdur?
Nə üçün digər imamlar və hətta Peyğəmbər (s) -ın ərbəin günü mərasimi yoxdur?

Cavabın izahı üçün bu mətləblərə diqqət edin:


1) İmam Hüseyn (ə)-ın fədakarlığı dini yaşatdı və dinimizin bu günə qədər gəlib çıxmasında onun misilsiz rolu vardır. Bu fədakarlıqlara, aşura və ərbəin günlərinə dəyər vermək həqiqətdə islam dinini yaşatmaq və onun düşmənləri ilə mübarizə etmək deməkdir.
"Ərbəin" günü

2) İmam Hüseyn (ə)-ın müsibəti heç bir imam və peyğəmbərə üz verməmişdir. İmam Hüseyn (ə)-ın müsibəti bütün müsibətlərdən daha ağır və çətin idi. İmam Hüseyn (ə)-a başqa imamlar və peyğəmbərə nisbətən daha çox əzadarlıq etməyin bir səbəbi də budur.
"Ərbəin" günü

3) İmam Hüseyn (ə) məhərrəm ayında öz övladları, dostları və əshabı ilə öldürüldü. Kərbəla əsirlərini Kufəyə, Şama aparıldı. Ərbəin günü imamın (ə) əshabı Kərbəlaya gəldi və aşura gününün alovu yenidən yaşandı sanki. Peyğəmbər ailəsinin ən çətin günləri idi həmin gün.
"Ərbəin" günü

4) İslam düşmənlərinin İmam Hüseyn (ə)-ı öldürməklə bu dini məhv etmək niyyətləri var idi. İmam Hüseyn (ə)-ın düşmənləri çalışdılar ki, Kərbəla hadisəsini insanlara unutdursunlar, hətta imam hüseyn ə)-ın ziyarətinə getmək istəyənlərə işgəncə verib öldürürdülər. Mutəvəkkil Əbbasinin dövründə Kərbəla qəbrlərini yerlə-yeksan etmiş və İmam Hüseyn (ə)-ın ziyarətini qadağan etmişdilər. Şiələr də bunlarla müqabilə bağlamaq üçün hər cür yoldan istifadə edirdilər. Bunlardan biri də ərbəin gününün hadisəsidir.

İmam Həsən Əskəri (ə)-dan rəvayət olunmuşdur:
قالَ علیه السلام: عَلامَهُ الاْ یمانِ خَمْسٌ: التَّخَتُّمُ بِالْیَمینِ، وَ صَلاهُ الا حْدى وَ خَمْسینَ، وَالْجَهْرُ بِبِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحیم، وَ تَعْفیرُ الْجَبین، وَ زِیارَهُ الاْ رْبَعینَ

"İmanın 5 əlaməti vardır: Üzüyü sağ ələ salmaq, 51 rukət namaz qılmaq (vacib, müstəhəb), zöhr və əsr namazlarında "bismillahir rəhmanir rəhim"i uca səslə demək, səcdədə alını toroağa qoymaq, imam Hüseyn (ə)-ın ərbəin ziyarətini oxumaq.



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.